Məktəb açılışları

Məktəb açılışları
İsmayıllı rayonunun 4 kəndində yeni məktəb binasının açılışı olub. Yeniyol, Mücü, Müdri kəndlərində 80, Pirəbilqasım kəndində isə 40 şagird yerlik məktəb binaları istifadəyə verilib.
Surac Abbasov adına Yeniyol kənd tam orta məktəbinin açılış mərasimində çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğısından söz açan millət vəkili Novruzəli Aslanov son illərdə İsmayıllı rayonunda təhsil sahəsində qazanılan nailiyyətləri müsbət qiymətləndirib.
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov bildirib ki, əvvəlki illərlə müqayisədə bu il İsmayıllıdan olan abituriyentlər daha yüksək nəticələr göstəriblər. 325 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olunaraq tələbə adını qazanıb. Onlardan 21 nəfəri 600-dən, 52 nəfəri isə 500-dən artıq bal toplayıb.
İstifadəyə verilən Yeniyol kənd tam orta məktəbinin direktoru Vüsal Həmidov məktəbdə sinif otaqları ilə yanaşı, kitabxana, kompyuter, müəllimlər otağı, idman və akt zalının olduğunu deyib, bunların təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyini qeyd edib.
Açılış mərasimində iştirak edənlər uğurlu nəticələrin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndiriblər. Uğurun qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlıq ifadə olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz