İsmayıllının 3 kəndinə təbii qaz verilib

İsmayıllının 3 kəndinə təbii qaz verilib
Sentyabr ayının 19-da İsmayıllı rayonunun Zərgəran, Minkə və Tircan kəndlərinə təbii qaz verilişinin bərpası münasibəti ilə tədbir keçirilib.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tircan kəndində keçirilən açılış mərasimində çıxış edən İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov əhalini təbrik edərək bildirib ki, ölkə Prezidenti xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq çoxsaylı tədbirlər həyata keçirir. Bugünkü günü bayram şəklində qeyd etməyimiz də məhz göstərilən qayğı və diqqətin nəticəsidir.
İsmayıllının 3 kəndinə təbii qaz verilib İsmayıllının 3 kəndinə təbii qaz verilib
Tədbirdə iştirak və çıxış edən “Azəriqaz” İstehsalat Birliyi əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov əhalinin mavi yanacaqla təminatı üçün müasir standartlara uyğun infrastrukturun qurulduğunu deyib. O, qeyd edib ki, Dövlət başçısının tapşırıqlarına əsasən bu istiqamətdə davamlı olaraq mühüm tədbirlər həyata keçirilir. Kənd sakinlərinin mavi yanacaqla təminatı üçün ümumi uzunluğu 42 min paqonnımetr boru ilə orta təzyiqli qaz xətti çəkilib. 20 min paqonnımetrdən artıq küçələrarası xətlər tamamlanıb. Küçələrin yeraltı keçid hissələri izolyasiya edilib və borular rənglənib. 520 abonentlə müqavilələr bağlanıb, mənzilləri sayğacla təmin edilib.
İsmayıllının 3 kəndinə təbii qaz verilib İsmayıllının 3 kəndinə təbii qaz verilib
Tədbirdə çıxış edən kənd sakini, dövlət qulluğu veteranı Yusif Yusifov, Tircan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şərafət Hacıyeva, Aşıq Yanvar Bədəlov kəndə təbii qaz verilişinin bərpası ilə əlaqədar sevinc hisslərini bölüşüblər. Natiqlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına kənd sakinləri adından dərin təşəkkürlərini bildiriblər.
Çıxışlardan sonra kəndlərə təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.
Ş.Soltanov
Ç.Bəhərçinli

Şərh Yaz