Həyatla oyun

Həyatla oyun
28 avqust tarixində İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Uşaq Teatırının hazırladığı, narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş “Həyatla oyun” adlı tamaşa nümayiş etdirilib. Həyatla oyun

İsmayıllı, 26 avqust, ismayilli xeberleri, Ç.Bəhərçinli. 28 avqust tarixində İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Uşaq Teatırının hazırladığı, narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş “Həyatla oyun” adlı tamaşa nümayiş etdirilib.
Həyatla oyun
Giriş sözü ilə çıxış edən Bakı Uşaq Teatırının yaradıcısı, “Həyat yolu” tamaşasının quruluşcu rejissoru İntiqam Soltan Azərbaycanın 20-dən çox bölgəsi və ali məktəbində tamaşanı göstərdiklərini deyib. O, tamaşanın jurnalist Arzu Soltanın “Xaşxaşın göz yaşları” və ya “Həyatla oyun” adlı pyesi əsasında hazırlandığını qeyd edib.
Təxminən bir saata qədər davam edən tamaşa, izləyicilərin böyük marağına səbəb olub.
Tamaşada ali məktəb tələbələrindən bir qrupunun narkomaniyanın girdabına necə yuvarlanmaları və bu səbəbdən onların üzləşdikləri arzuolunmaz həyat lövhələri böyük ustalıqla nümayiş etdirilib. Tamaşanın gedişi zamanı və sonda aktyorların qazandığı alqışlar, onların peşəkarlığına verilən dəyər olub.
Tamaşa başa çatdıqdan sonra zalı tərk etməkdə olan izləyicilər aktyor heyyətinə minnətdarlıq edib.
Tamaşanın quruluşçu rejissoru İntiqam Soltandan öyrəndik ki, məqsədləri Azərbaycanın hər bir bölgəsində olub, təbliğatı davam etdirməkdir. O, narkomaniyanın aktual mövzu olduğunu deyib və qeyd edib ki, hər bir insan bu təbliğatda rol oynamalıdır. Dünyanı məhvə aparan narkomaniyanın qarşısını yalnız , onun fəsadlarını insanlara əyani şəkildə göstərməklə almaq olar.
Həyatla oyun
Teatırının quruluşçu rejissoru, tamaşadakı ana rolunun ifaçısı İlhamə Əhmədovaya verdiyimiz, bu sahədə analara sözünüz nədir? sualına cavab: Analar zərif məxluqdurlar. Hər bir ana övladı üçün canından keçər. Övlad tərbiyəsi ana üçün xüsusi önəm daşıyır. Bəzən ana, bilməyərəkdən övladının tərbiyəsinə düzgün istiqamət verə bilmir. Söz yox ki, sonda bunun əzabını çəkir. Analara sözüm odur ki, övladlarının tərbiyəsində səhvə yol verməsinlər. Məncə, hər bir ananın hər hansı bir məsələ ilə bağlı kifayət qədər məlumatı olmalıdır ki, övladını da düzgün məlumatlandıra bilsin.
Teatırdakı səhnədən görürük ki, ana, övladına narkotik vasitələr haqqında məlumat verməyi yersiz sayır. Nəticə də isə uşaq ondan gizlədilən obyektə maraq göstərir. Bu da sonda onun və yaxınlarının həyatını məhv edir.
Həyatla oyun Həyatla oyun
Teatırın aktirisası Könül Şahbazova gənclərə kitab mütaliə etməyi, zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edir. Tərbiyəmizdə ailənin, cəmiyyətin və özümüzün də rolumuz var – deyir.

Tamaşadakı Nicat rolunun ifaçısı Rauf Hüseynov bildirir: İnsan sağlam düşünməli, sağlam cəmiyyətin sağlam üzvü olmağa can atmalıdır. Bunun üçün nəinki narkotikaya, hətta siqaret çəkməyə də yox demək lazımdır.

Əsərdəki gənc narkoman tələbə, Duman rolunda çıxış edən Niyaz Qasımov: Oynadığım rol ümumiləşdirilmiş narkaman obrazıdır. Gördüyünüz kimi, Duman yalnız özünün deyil, başqalarının da həyatını məhv edir. Tamaşanın sonunda məlum olur ki, hadisələr bu cür cərəyan etməyə də bilərdi. Uşaq vaxtından qoyulan qadağaya izahat ala bilmədiyindən o, sonradan bu sahəyə olan marağının arxasınca gedir. Getdiyi yol isə uçurumda bitir.
Gənclərə tövsiyəm odur ki, yüksək təhsil alsınlar. Savadlı insan heç vaxt həyatda yanlış addım atmaz.
İnsanın zövqünü formalaşdıran onun qəbul etdiyi informasiyadır. İnsan hər hansı bir sahə üzrə lazımi informasiyaları qəbul etmədikdə cılız şeylərə meyl edir. Dühaları görəndə isə düşünür ki, əgər onlar belə etməyibsə mənim də etməyiə haqqım yoxdur. Bu həm elmi, həm də dini baxımdan belədir.

Şərh Yaz