Şahin Mustafayev İsmayıllıda vətəndaşlarla görüşüb

Şahin Mustafayev İsmayıllıda vətəndaşlarla görüşüb
İqtisadi inkişaf naziri Şahin Mustafayev avqustun 23-də İsmayıllıda vətəndaşları qəbulunu keçirib.
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda İsmayıllı ilə yanaşı, Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar da iştirak edib.

Şahin Mustafayev İsmayıllıda vətəndaşlarla görüşübŞahin Mustafayev İsmayıllıda vətəndaşlarla görüşüb
Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda vətəndaşların müraciət, şikayət və təklifləri diqqətlə dinlənilib. Müraciətlər əsasən sahibkarlığa dəstək, güzəştli kreditlərin verilməsi, sahibkarların hüquqlarının müdafiəsi və digər məsələlərlə əlaqədar olub.
İsmayıllı rayon sakinlərindən Cümşüd Hacıyev, Rəhman Nuğayev, Əlvan Süleymanov, Zahid Qardaşov, Lətifə Qurbanova sahibkarlıq fəaliyyətlirini genişləndirmək məqsədi ilə kredit alınması üçün müraciət ediblər.
Müraciətlər araşdırılıb. Bir sıra müraciətlər isə yerindəcə həll edilib, bəzilərinin həlli ilə əlaqədar nazirliyin müvafiq strukturlarına konkret göstərişlər verilib.
Qəbulda bəzi vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri aidiyyəti qurmalara çatdırılmaq üçün qeydiyyata alınıb.
Vətəndaşlar yaradılmış şəraitdən razılıqlarını bildirib, əhalinin mövcud problemlərinin operativ həllinə xidmət edən bu cür qəbulların təşkili ilə bağlı verdiyi tapşırığa görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Ş.Soltanov

Şərh Yaz