Məktəblərə qayğı artırılmalıdır

RİH başçısı M.Sadıqovun növbəti görüşü Heydər Əliyev Mərkəzində məktəb direktorları ilə oldu. Mövzu rayon məktəblərinin təmir edilərək yeni dərs ilinə hazırlanması idi. Başçı qeyd etdi ki, son illər təhsilimizin yaxşı uğurları var, ancaq onların maddi-texniki bazası zəifdir. Bu da məni narahat edir. Məktəblərin təmirinə çox az vəsait ayrılır. Bu az vəsait isə məktəblərin istənilən səviyyədə təmirinə imkan vermir. Sonra başçı ayrı-ayrı məktəblərin təmiri üçün nəzərdə tutulmuş vəsaiti elan elədi və bu məbləğin çox az olmasını bildirdi. Sonra ayrı-ayrı məktəb direktorlarını dinləyərək onların problemləri ilə maraqlandı. Məlum oldu ki, həqiqətən bu sahədə problemlər çoxdur və ayrılmış vəsaitlə məktəblərdə ancaq kosmetik təmir aparmaq mümkündür.

M.Sadıqov bütün məktəb direktorlarına, müəllim kollektivlərinə tapşırdı ki, hamı əl-ələ verərək məktəblərin təmirini başa çatdırsınlar. Yeri gəlmişkən, başçı bir vacib məsələyə də toxundu. Onun:
-“Hansı məktəbin uşaqları nə vaxt flüqrafiyadan, digər həkim müayinəsindən keçirilmişdir?- sualı cavabsız qaldı. Doğrudan da, bu istiqamətdə hər hansı bir işin görülməsi yada düşmür.
Başçı şəhərin abadlığına da toxundu. O qeyd etdi ki, hazırda şəhərin bir neçə küçəsində qızğın abadlıq işləri aparılır. Abadlaşan küçələrdə elektrik xətləri təzələnir, evlərə yeni smart tipli kartlar qoyulur. Mirdaməd müəllim qeyd etdi ki, biz Heydər Əliyev prospektində, Babək, Nizami və Əbülhəsən küçələrində abadlıq işlərinə başlamışıq .Hazırda aparılan işləri tezliklə başa çatdırmalıyıq. Heç olmazsa, bir neçə abad küçəmiz olar. Digər küçələrdə də işlər davam etdiriləcəkdir.
Başçı İsmayıllıda açılmış Dövlət Humanitar və Texnologiya Kollecinin işindən danışarkən xüsusilə vurğuladı ki, buraya ən yaxşı müəllimləri cəlb etməyi qarşıya məqsəd qoymuşuq. Kənardan da alimlərin dəvəti nəzərdə tutulub və onlara lazımi mənzil şəraiti yaradılacaq. Başçı qeyd etdi ki, bu il kollecə qəbul planı da var. Kollecin gələcək planlarından, onun üçün müasir binanın tikiləcəyindən, burada veriləcək ixtisasların rayon və regiona verəcək səmərəsindən geniş söhbət getdi.
M.Sadıqov rayonumuz üçün əhəmiyyətli olan bir məsələni də toplantı iştirakçılarının diqqətinə çatdırdı. O bildirdi ki, bu günlərdə rayonumuzda istifadəyə veriləcək tikiş fabrikində məktəbli formaları istehsal etmək fikrindəyik. Burada istehsal ediləcək paltarlar ucuz başa gələcək və vətəndaşlarımızın ailə büdcəsinə xeyli mənfəət verəcək.
Toplantıda bir vacib məsələ daha çox qabardıldı. Adamlarımızın, ziyalılarımızın gücünün yumruq kimi birləşərək qarşıdakı problemlərin həllinə yönəldilməsinin vacibliyi xüsusilə vurğulandı. Bu işdə məhz müəllim kollektivlərinin payı daha sanballı olmalıdır. Axı atalarımız əbəs deməyiblər: “El gücü, sel gücü”. Peşə yönümü ilə əlaqədar təbliğat işi çox zəif aparılır. Başçının istədiyi də məhz belə birlikdir. Gəlin birləşək, “El bir olsa, zərbi kərən sındırar” – müdrik kəlamı çox şeylərdən xəbər verir. Əgər nəyəsə, nail olmaq istəyiriksə, müdriklərə qulaq asaq.
Sonda çıxış edənlərdən TİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, RTŞ-nin müdiri Rasim Orucov, Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdili, şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Qalib Bəşirov problemlərdən, qarşıda duran vəzifələrdən söz açdılar.
B.Babayev

Şərh Yaz