Gənclər böyük qüvvədir

Gənclər böyük qüvvədir
Müasir dünyamızda gəncləşmə və qloballaşma prosesi gedir. Son zamanlar gənclər nəyə qadir olduğunu yaxşı sübut edirlər. İndiki gənclər çox şeyə qadirdilər. Müasir texnika və texnologiyalardan yaxşı baş çıxaran, neçə-neçə dil bilən, dünya siyasətində özlərini suda balıq kimi hiss edən bu gənclərlə dağı dağ üstə qoymaq mümkündür. Onların ayrılmaz bir hissəsi olan rayon gəncləri haqqında da eyni sözləri demək olar. Ancaq RİH başçısı Mirdaməd Sadıqovun bu günlərdə rayon gəncləri ilə görüşü zamanı məlum oldu ki, gənclərimiz istədiyimiz səviyyədə fəal deyillər. Həmin toplantıda o da məlum oldu ki, yaxşı ideyalarla yaşayan gənclərimiz də az deyillər. Gənclər böyük qüvvədir
Müasir dünyamızda gəncləşmə və qloballaşma prosesi gedir. Son zamanlar gənclər nəyə qadir olduğunu yaxşı sübut edirlər. İndiki gənclər çox şeyə qadirdilər. Müasir texnika və texnologiyalardan yaxşı baş çıxaran, neçə-neçə dil bilən, dünya siyasətində özlərini suda balıq kimi hiss edən bu gənclərlə dağı dağ üstə qoymaq mümkündür. Onların ayrılmaz bir hissəsi olan rayon gəncləri haqqında da eyni sözləri demək olar. Ancaq RİH başçısı Mirdaməd Sadıqovun bu günlərdə rayon gəncləri ilə görüşü zamanı məlum oldu ki, gənclərimiz istədiyimiz səviyyədə fəal deyillər. Həmin toplantıda o da məlum oldu ki, yaxşı ideyalarla yaşayan gənclərimiz də az deyillər.

Gənclər böyük qüvvədir
Heydər Əliyev Mərkəzində baş tutmuş gənclərlə görüşdə M.Sadıqov bir sıra məsələlərə gənclərin münasibətini öyrənmək məqsədilə onlara belə bir sualla müraciət etdi:
– Siz İsmayıllını necə görmək istərdiniz?
Sonra əlavə etdi: bu istiqamətdə sizdən yeni-yeni layihələr, təkliflər gözləyirik. Rayonda vakant yerlər var, biz oralara siz gəncləri gətirmək istəyirik. Siz özünüzü bu sahədə göstərməli, həqiqətən də nəyə qadir olduğunuzu sübut etməlisiniz.
Başçı yuxarıdakı sualı verdikdən sonra gənclərə rayonda görülməkdə olan tikinti və abadlıq barədə ətraflı məlumat verdi. Bu pauzadan istifadə edən gənclər ətraflı fikirləşməyə imkan əldə etdilər. Sonda bir neçə diqqət cəlb edən təklif səsləndi. Bu barədə bir qədər sonra söhbət açacağıq.
Başçı qeyd etdi ki, bir aydan sonra cənab Prezidenti rayonumuza dəvət etmişik və bu ərəfəyə bəzi obyektlərin açılışı nəzərdə tutulub. Bu obyektlər sırasında Cüdo mərkəzi, yenidən qurulmuş uşaq kitabxanası, Sumqğallıda elektrik stansiyası və digərləri də var. Biz gərgin işləməliyik ki, obyektlərdə tamamlama işlərini başa vura bilək.
Başçı yeni açılmış kollec haqqında, burada hazırlanacaq kadrlar barədə gənclərə ətraflı məlumat verdi. O, burada ixtisas alacaq kadrların rayon və regionun iqtisadiyyatında oynayacaq əhəmiyyətindən geniş danışdı. Başçı şəhərdə görüləcək bir sıra inşaat işlərindən söz açdı:
Şəhər əhalisinin mədəni istirahəti məqsədilə qısa müddətdə yeni kino-teatrın inşasına başlanacaq. Şəhər mədəniyyət evinin əsaslı təmiri başa çatdırılacaq. “Şeroton” otelində işlər davam edir. Rayonda aqro parkın yaranması ilə əlaqədar elmi-tədqiqat laboratoriyası təşkil olunacaq. Biz rayonumuzu sənətkarlıq mərkəzinə çevirmək istiqamətində müxtəlif tədbirlər həyata keçirmək fikrindəyik. Heydər Əliyev prospektində yeni kollec üçün müasir tələblərə cavab verəcək tədris korpusları ucaldılacaq, burada hər cür şərait yaradılacaq. Yeni hamamın inşası da nəzərdə tutulub.
M.Sadıqov şəhərdə görüləcək işlərdə gənclərin iştirakına xüsusi əhəmiyyət verdi. Şəhərdə müasir əyləncə mərkəzinin yaradılması planlaşdırılıb. O qeyd etdi ki, bütün bu işlərdə gənclərin fəallığını, təşəbbüskarlığını görmürəm. Gənclər adət və ənənələrimizə hörmətlə yanaşmalıdırlar. Onlar geyimdə, oturuş-duruşlarında ədəbli olmalıdırlar. Bağda, istirahət yerlərində, küçə və meydanlarda siqaret çəkib kötüyünü, günəbaxan tumu çırtlayıb qabığını hara gəldi atanlar, bununla da antisanitariya yaradan vətəndaşlarımız çoxdur. Belə hallara qarşı mübarizədə gənclər və idman idarəsinin fəaliyyəti hiss olunmalıdır. Bu sahədə təbliğat aparmaq lazımdır.
Başçı ticarət sahəsində olan nöqsanlara, şəhərin sanitariya, xidmət sahələrinə diqqət çəkdi, gənclərin çox iş görə biləcəyini qeyd etdi.
Mirdaməd müəllim gənclərə bir xoş xəbər də çatdırdı. Şəhərimizdə dövlət vəsaiti hesabına velosiped zavodunun tikiləcəyini bildirdi. Müəssisədə onlarca iş yeri açılacaq və gənclərin iş tapmaq probleminə yardım olacaq.
Hər kənddə kitabxana və tibb məntəqəsinin yaradılması istiqamətində işlər gedir. Artıq dörd kənddə kitabxana yaradılıb, iş davam etdirilir.
Başçı bir önəmli məsələni də qabartdı. O bildirdi ki, rayonumuzdan 600-700 bal toplayıb xaricdə oxuyan tələbələr olarsa, onların təhsil haqqını biz verəcəyik. Belə gözəl imkandan yararlanmaq lazımdır.
Sonda gənclər bir neçə təklif irəli sürdülər. Gənc yazar Füruzə Çiçək və Heydər Əliyev Mərkəzinin işçisi Qumru İsmayılova təklif etdilər ki, əhaliyə xidmət göstərmək məqsədilə psixoloji xidmət təşkil etmək sərfəli olardı. Şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Mahmudova rayonumuzun ekoloji problemlərinə kömək edə biləcək layihələrin işlənib hazırlanması və beynəlxalq arenaya çıxmaq məsələsini qaldırdı. Gənclər geniş fikir mübadiləsi etdilər. Əsas məqsəd yazının başlığında qoyulmuş sualı cavablandırmaq idi.
Gənclər böyük qüvvədir ifadəsi tez-tez işlədilir. Bu, belə olmağına, belədir. Əsas iş bu qüvvəni səfərbər etmək, onu lazımi xeyirxah məcraya yönəltməkdir. Yazını Mirdaməd müəllimin bir təklifi ilə bitirmək istəyirəm: tənbəl olmayın, xeyirxah olun. İrəli getməyə hər cür imkanınız var. Qızıl kimi sözlərdir.
B.Babayev

Şərh Yaz