Gənclərin sağlamlıq festivalı

Gənclərin sağlamlıq festivalı
İsmayıllı Rayon Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin sağlamlıq festivalı” dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
Gənclərin sağlamlıq festivalı

İsmayıllı Rayon Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin sağlamlıq festivalı” dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
Gənclərin sağlamlıq festivalı
Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Tədbirdə çıxış edən RİH-in məsul işçisi Valeh Salehov prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların nəticəsi olaraq, ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərin gənclərdən də yan keçmədiyini bildirib. Prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətini qeyd edib.
Gənclərin sağlamlıq festivalı Gənclərin sağlamlıq festivalı Gənclərin sağlamlıq festivalı
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli festivalın keçirilməsində məqsədin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndində əks olunmuş gənclər arasında fiziki fəallığının və sağlam həyat tərzinin təbliğ edilməsi olduğunu bildirib.
Çıxış edənlər tədbirin keçirilməsi işinin yüksək səviyyədə təşkilinə görə kompleksin direktoru Tofiq Hümbətova təşəkkür və minnətdarlıq ifadə etdilər.
Sonra beynəlxalq arenada, respublikada tanınan rayon idmançıları nümunəvi çıxışlarını nümayiş etdiriblər. Komandalar arasında estafet yarışına, həmçinin güləş, cüdo, boks yarışlarına start verilib. Ailə idman komandaları da çıxışları ilə tədbirə gözəllik qatıblar. Tədbirdə incəsənət ustalarının rəngarəng çıxışları iştirakçılarda xoş ovqat yaradıb. Yekunda qalib gələnlər hədiyyələrlə mükafatlandırılıblar.
Çinarə Bəhərçinli

Şərh Yaz