Gənclərin Sağlamlıq Festivalı

Gənclərin Sağlamlıq Festivalı
İsmayıllı Rayon Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin Sağlamlıq Festivalı” dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Gənclərin Sağlamlıq Festivalı

İsmayıllı Rayon Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin Sağlamlıq Festivalı” dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
Gənclərin Sağlamlıq Festivalı
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Tədbirdə çıxış edən RİH işçisi Valeh Salehov Prezident İlham Əliyevin həyata keçdirdiyi genişmiqyaslı islahatların nəticəsi olaraq ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərin gənclərdən də yan keçmədiyini bildirib. Prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman və sərancamların əhəmiyyətini qeyd edib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli festivalın keçirilməsində məqsədin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndində əks olunmuş gənclər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliğ edilməsi olduğunu bildirib.
Sonra Respublika və rayon idmançılarının nümunəvi çıxışları göstərilib. Komandalar arasında estafet yarışına, həmçinin güləş, cido, boks yarışlarına start verilib. Yarışda incəsənət ustalarının rəngarəng çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Yekunda qalib gələnlər hədiyyələrlə mükafatlandırılıblar.
Çinarə Bəhərçinli

Şərh Yaz