“Şəhərsalma və Tikinti Məcəlləsi”nin təbliği


04 iyul 2013-cü il tarixdə Talıstan kəndində “Şəhərsalma və tikinti Məcəlləsi”nin təbliği ilə bağlı tədbir keçirilib.“Şəhərsalma və Tikinti Məcəlləsi”nin təbliği
04 iyul 2013-cü il tarixdə Talıstan kəndində “Şəhərsalma və tikinti Məcəlləsi”nin təbliği ilə bağlı tədbir keçirilib.
Tədbir RİH-nin Hüquq şöbəsinin müdiri V.Hüseynovun, RİH-nin Memarlıq və Tikini şöbəsinin böyük məsləhətçisi Kənan Həbibovun və kənd sakinlərinin iştirakı ilə baş tutub. V.Hüseynov Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli qanunu ilə təsdiq edilən Şəhərsalma və Tikinti Məcəlləsi barədə tədbir iştirakçılarına geniş məlumat verərək son dövrlər tikintilərin xüsusən də vətəndaşlar tərəfindən aparılan fərdi yaşayış evləri tikintisinin çoxalması ilə əlaqədar yeni məcəllənin hər bir vətəndaşın maraq və mənafeyi çərçivəsində olduğunu, tikinti işlərinin sənədləşməsi prosesinin xeyli sadələşdirildiyini bildirib.
K.Həbibov tədbir iştirakçılarını yaşayış məntəqələri ilə yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri ilə məlumatlandırıb.
Tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavablar verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz