Hakimiyyətlə xalqın birliyi

[/b]Hakimiyyətlə xalqın birliyi

[b]YAP İsmayıllı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının V Qurultayından irəli gələn vəzifələrə aid YAP Gigiyena və Epidemiologiya ərazi ilk təşkilatında toplantı keçirib.[/b]Hakimiyyətlə xalqın birliyi
YAP İsmayıllı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının V Qurultayından irəli gələn vəzifələrə aid YAP Gigiyena və Epidemiologiya ərazi ilk təşkilatında toplantı keçirib.
Toplantını giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O bildirib ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır.
Daha sonra çıxış edən YAP Gigiyena və Epidemiologiya ərazi ilk təşkilatının sədri Xanlar Qəmbərov vurğulayıb ki, əslində bu gün, cənab Prezidentin qeyd etdiyi kimi, müxalifət qurumlarının deməyə sözü qalmayıb. Ölkədə aparılan uğurlu daxili və xarici siyasət, iqtisadiyyatın güclü inkişafı, ölkə gəlirlərinin insan kapitalına çevrilməsi onları yerində oturdub.
O bildirib ki, ismayıllılar həmişə dövlətə, dövlətçiliyə sədaqətləri ilə fərqləniblər. Bundan sonra da onlar respublikamızda hökm sürən ictimai – siyasi sabitliyi, iqtisadi yüksəlişi, hakimiyyətlə xalq arasındakı vəhdəti, ümummilli lider Heydər Əliyev irsini uğurla davam etdirən cənab Prezident İlham Əliyevi dəstəkləyəcəklər.
Tədbirin sonunda partiyaya yeni qəbul olunanlara YAP üzvlük vəsiqələri təqdim olunub.
Ramid Qasımov

Şərh Yaz