İnamımızda dönməzik

YAP İsmayıllı rayon təşkilatı İsmayıllı şəhər Uşaq Poliklinikasında “Müstəqil Azərbaycanın inkişafındaYeni Azərbaycan Partiyasının rolu” mövzusunda tədbir keçirmişdir.İnamımızda dönməzik

YAP İsmayıllı rayon təşkilatı İsmayıllı şəhər Uşaq Poliklinikasında “Müstəqil Azərbaycanın inkişafındaYeni Azərbaycan Partiyasının rolu” mövzusunda tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə açan İsmayıllı şəhər Uşaq Poliklinikasının müdiri Vidadi Rəhimov bildirdi ki, artıq 22 ildir ki, dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası bu müddət ərzində çox böyük inkişaf yolu keçib.
Yığıncaqda çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd etdi ki, tarix və politologiya elmi sübut edir ki, hər bir siyasi sistem öz inkişafını təmin etmək, ideoloji sosial bazasını daha uzunmüddətli siyasi proseslər işığında dominat amil kimi qoruyub saxlamaq baxımından zəruri tədbirlər görür. Bu tədbirlər cəmiyyətin bütün təbəqələrinin mənafeyinə cavab verməli, sosial sistemdə özünə və artıq formalaşmış hüquqi, ictimai, iqtisadi dəyərlər sisteminə inam yaratmalıdır.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev siyasi xəttinin alternativsizliyinə qəti əmin olan Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində də məhz bu partiyanın namizədinə – Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı İlham Əliyevə etimad göstərdi. 15 oktyabr 2008-ci ildə keçirilən növbəti Prezident seçkilərində də yenidən İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın bu partiyaya olan inamından irəli gəlirdi. Biz bu inamın daşıyıcıları olaraq bu ilin oktyabrında keçiriləcək Prezident seçkilərində öz layiqli namizədimizi, İlham Əliyevi dəstəkləyəcəyik.
Tədbirin sonunda partiyaya yeni qəbul olunmuş YAP üzvlərinə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Ramid Qasımov

Şərh Yaz