3 saylı bağçada

3 saylı bağçada
İsmayıllı şəhər 3 saylı körpələr – evi uşaq bağçası 1989-cu ildən fəaliyyət göstərir. 3 saylı bağçada
İsmayıllı şəhər 3 saylı körpələr – evi uşaq bağçası 1989-cu ildən fəaliyyət göstərir.
Hal-hazırda bağçada 75 uşaq olmaqla, 4 qrup var. Kiçik qrup 1 yaş 6 aylıqdan 3, orta qrup 3-4, böyük qrup 4-5, məktəbəhazırlıq qrupu isə 5-6 yaşadək uşaqlardan təşkil olunub. Otaqların hər birində gözəl şərait yaradılıb. Hər bir uşağa fərdi qayğı göstərilir. Məşğələlərdə iştirak etdik. Yay mövsümünün olması ilə əlaqədar il ərazində keçirilmiş məşğələlərin təkrarı keçirilirdi. Kiçik qrupda olduğumuzda müəllimlərin uşaqlara olan qayğısı bizi məmnun etdi. Uşaqların hər birində fəallıq hiss olunurdu.
Orta qrupun uşaqları vətənimiz, Ulu öndərimiz haqqında şeirlər söylədilər. Lamiyə Əhmədova, Leyla Əhmədova, Nilufər Nağıyeva, Ömər Sinan fəallıqları ilə fərqlənirdilər. Böyük qrupun uşaqları da bizləri məmnun etdi. Məktəbəhazırlıq qrupunda vətən mövzusunda məşğələ keçirildi. Dövlətimizin atributları – dilimiz, ölkəmiz haqqında suallara uşaqlar doğru cavablar verdilər. Qrupdakı hər bir uşaq fəal idi. Onların məktəb həyatına hazır olmalarını görmək bizi çox sevindirdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz