Komandamız ikinci oldu

30 iyun tarixindən 8 iyul 2013-cü ilədək Qəbələ rayonunda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Respublika üzrə ”Gənc xilasedici və yanğınsöndürən” final yarışı keçirildi.
Komandamız ikinci olduKomandamız ikinci oldu
30 iyun tarixindən 8 iyul 2013-cü ilədək Qəbələ rayonunda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Respublika üzrə ”Gənc xilasedici və yanğınsöndürən” final yarışı keçirildi. Rayonumuzu zona yarışının birincisi olmuş N.Behdiyev adına 6 nömrəli tam orta məktəbin komandası təmsil edirdi. ”Gənc xilasedici və yanğınsöndürən” komanda 7 nəfər tərkibdən ibarətdir. Komanda üzvləri – Kənan Kərimli , Şahin Sərxanlı, Vasif İsayev, Natiq Məmmədli, Hüseyn Əzizov, Nurlan Bayramlı komandanın kapitanı İsmayıl Faxtiyevin bütün əmr və göstərişlərini yerinə yetirirdilər. Yarışda 18 komanda iştirak edirdi.
Komandamız ikinci oldu
”Gənc xilasedici və yanğınsöndürən” final yarışında yanğınsöndürənlərimiz II yer tutdu. Yarışda qalib gələn komandalara yarışın kubokunu, Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi. Mükafatları Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov təqdim etdilər.
Əsgər Manafov,
6 nömrəli tam orta məktəbinin GÇH müəllimi

Şərh Yaz