Milli ordu qürur mənbəyimizdir

Hər günü bir bayram səviyyəsində yaşanan Respublikamızda xüsusi günlər var ki, onlar önəmli əhəmiyyət daşıyır, ümumxalq sevincinə çevrilir. 26 iyun – Silahlı Qüvvələrin yaranması günü də məhz bu siyahıya daxildir.
Silahlı Qüvvələrin yaranmasının 95 illiyi münasibəti ilə İsmayıllı Gənclər Mərkəzinin iclas zalında bayram tədbiri keçirilib.

Milli ordu qürur mənbəyimizdirMilli ordu qürur mənbəyimizdir

İstefada olan polkovnik Əlaləm Babayev Silahlı Qüvvələrin yaranma tarixindən, bu günədək keçdiyi inkişaf yolundan danışıb. O, ordumuzun qüdrətlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu və Ali Baş Komandan İlham Əliyevin bu yolu layiqincə davam etdirdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu şərəfli gün münasibəti ilə zalda əyləşənləri, onların timsalında xalqın vətənpərvər oğul və qızlarını təbrik edib, gənclərimizlə qürur duyduğunu bildirib.
Milli ordu qürur mənbəyimizdirMilli ordu qürur mənbəyimizdir
Milli ordu qürur mənbəyimizdir
RİH başçısının sərəncamı ilə vətənin müdafiəsində fərqlənən 8 həmyerlimiz Fəxri fərmana, məktəblərdə hərbi-idman oyunlarının təşkilində və keçirilməsində bacarıq nümayiş etdirən 20 nəfər isə pul mükafatına layiq görülüb.

Sonra “Ya Qarabağ, ya ölüm!” filmi haqqında fikir söyləmək üçün, eyni adlı filmin çəkilişinə rəhbərlik etmiş Bəxtiyar Qaraca tribunaya dəvət alıb. O, filmin ssenarisi, çəkilmə məqsədi haqqında zalda əyləşənlərə qısa məlumat verib. Çəkilişlərin Xocavənd rayonunun Nərgiztəpə, Xocavənd qəsəbəsi, Bakı, Şamaxı və İsmayıllı rayonu ərazilərində aparıldığını qeyd edib. Daha sonra o, hər kəsi filmi seyr etməyə dəvət edib.
Filmin nümayişindən sonrakı tamaşaçı alqışları, onun yüksək əhəmiyyət kəsb etdiyini təsdiqləyib.
Film haqqında İcra Hakimiyyəti aparatının məsul işçisi Valeh Salehov fikirlərini səsləndirib.
Hərbi mahnıların gözəl ifaçısı Şəmistan Əlizamanlının ifaları alqışlarla qarşılanıb.
“Niyal” ansamblının müşayiəti ilə Aida Gözəlova, Sahibə Abdullayeva, Qalib Güləliyev, Kamilə Nəbiyeva, Samirə Məmmədovanın oxuduğu mahnılar könülləri oxşayıb. Rayon aşıqlarının ifası da alqışlarla qarşılanıb.
Ç.Bəhərçinli

Şərh Yaz