Gözəl qəbul, rahat şərait

İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunub və eyni zamanda, həm gənclər, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir.
Bu fikirlər ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Heydər Əliyev daim idmana qayğı göstərmişdir ki, bu gün də həmin ənənə davam etdirilir. İsmayıllıda Olimpiya-İdman Kompleksinin tikilməsi və mütəmadi müxtəlif idman yarışlarının keçirilməsi bunun əyani göstəricisidir.

Gözəl qəbul, rahat şəraitGözəl qəbul, rahat şərait

Belə yarışlardan biri 21 iyun tarixinə təsadüf edib. Həmin gün İsmayıllı Olimpiya-İdman Kompleksində idmanın kikboksinq növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinin keçirilməsinə start verilib. Yarışda 33 klubdan 300-ə yaxın idmançı iştirak edib. Gələn qonaqlar sırasında Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Güloğlan Cabbarov, yığma komandanın rəisi Sadiq Bağırov, Federasiyanın baş katibi Rüstəm Rüstəmov olub. Yarışı kütləvi infomasiya vasitələrinin nümayəndələri işıqlandırıb.
Gözəl qəbul, rahat şəraitGözəl qəbul, rahat şərait
Yarışı giriş sözü ilə İsmayıllı Olimpiya-İdman Kompleksinin bədən tərbiyəsi və idman məsləhətçisi Namiq Kərimov açıb. Gələn qonaqları, idmançıları, azarkeşləri salamlayıb, idmançılara uğurlar arzulayıb.
Üç gün davam edən yarışda Daxili İşlər Nazirliyinin “Dinamo” komandasının 12 üzvü qızıl medal alaraq ümumi komanda yarışında birincilik əldə edib. İkinci yeri 6 qızıl medalla “Naxçıvan klub” komandası qazanıb. 4 qızıl medalla üçüncü yeri isə “Qızıl əlcək” komandası tutub.
Yarışda birinci yer tutan idmançılar milli komandaya dəvət olunacaq. Onlar 18-25 sentyabrda Polşada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Gənclər və yeniyetmələrdən ibarət milli komandaya Hikmət Hacıyev rəhbərlik edəcək.
Yarışın nəticəsinə uyğun olaraq qalib idmançılar, komandalar diplomlar, medallar və kuboklar ilə təltif edilib.
Rüstəm Rüstəmov yarış iştirakçılarını, qonaqları gözəl şəkildə qəbul etdiyi, onların hər cür rahatlıqla təmin olunduqları, daim diqqət mərkəzində saxladığı, böyük hörmət bəslədikləri üçün başda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov olmaqla kompleksin direktoru Tofiq Hümbətova, buradakı bütün işçilərə və ümumilikdə bütün İsmayıllı camaatına minnətdarlığını bildirib. Burada yarışları keçirməkdən zövq aldığını deyib. İsmayıllıda bir sıra idman yarışlarının keçirilməsindəki təşkilatçılığın bəzi rayonlardan üstün olduğunu xüsusi diqqətə çatdırıb və bu səbəbdən artıq 3 ildir ki, yarışlarını İsmayıllıda keçirdiklərini deyib.
Çinarə Bəhərçinli

Şərh Yaz