Hazırlıq məşqləri


İsmayıllı Olimpiya-İdman Kompleksində respublikanın müxtəlif yığma komandalarının təlim-məşq toplantıları keçirmələri artıq ənənə halını almışdır.

Hazırlıq məşqləriHazırlıq məşqləri

İsmayıllı Olimpiya-İdman Kompleksində respublikanın müxtəlif yığma komandalarının təlim-məşq toplantıları keçirmələri artıq ənənə halını almışdır. Bu günlərdə respublikanın cüdo üzrə gənclərdən ibarət yığma komandası da burada təlim-məşqlərə başlamışdır. Yığmanın baş məşqçisi Hacı Əhmədovun rəhbərliyi altında 30 nəfərlik heyət ciddi-cəhdlə qarşıdakı yarışlara hazırlaşır. Yığmanın tərkibində Avropa və dünya birinciliklərinin mükafatçıları da var.
Hazırlıq məşqləriHazırlıq məşqləri
İstər baş məşqçi, istərsə də idmançılar burada yaradılmış şəraitdən razılıq edirlər. Baş məşqçi H.Əhmədov vurğuladı ki: biz təlimləri daha səmərəli keçirməyə çalışırıq. Qarşıda bizi Polşada və Berlində keçiriləcək Avropa kuboku yarışları, həmçinin dünya birinciliyi gözləyir. Bu yarışlarda ölkəyə daha çox medal gətirmək üçün gərgin məşqlər aparırıq. İki həftəlik toplantını daha səmərəli keçirməyə çalışırıq.
Aqil Qasımov

Şərh Yaz