Mehrinin arzusu.

Mehrinin arzusu

Mehrinin arzusu.Mehrinin arzusu.
Mehrin Novruzzadə şəhər 2 saylı tam orta məktəbin doqquzuncu sinfində oxuyur. Dərs əlaçısıdır. Oxuduğu sinifdə hamının, müəllimlərin də, sinif yoldaşlarının da sevimlisidirBöyüklərə ehtiramlı, kiçiklərə qayğı ilə, yoldaşlarına qarşı mehriban olan Mehrin məktəbin ictimai həyatında fəallıq göstərir. Məktəbdə və rayonda keçirilən təhsillə bağlı bütün tədbirlərdə müsabiqə və baxışlarda yaxından iştirak edir. Bütün fənləri eyni həvəslə öyrənir.
Mehrinin arzusu.
Respublika səviyyəli inşa yazı müsabiqələrində uğurla iştirak edir. Mehrin həm də yaxşı rəssamdır. Rənglərlə işləməkdə, mövzu tapmaqda çətinlik çəkmir. İki ildir ki, Bakıda keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika müsabiqəsində onun əl işləri mükafata layiq yer tutur. Uşaq Yaradıcılıq mərkəzində fəaliyyət göstərən “Folklor” dərnəyinin fəal üzvü olan Mehrin şifahi xalq yaradıcılığına – nağıl və dastanlarımıza böyük maraq göstərir. Nağıl
qəhrəmanlarının şəkillərini çəkməkdən zövq alır. Gələcəkdə memar olmaq arzusu ilə yaşayır Mehrin. Biz də gələcəkdə Mehrinin istedadlı və bacarıqlı memar olacağına inanırıq. Qoy onun ucaldacağı saraylar Misir ehramları qədər uğurlu və uzun ömürlü olsun.
Teymur Manafov,
Uşaq Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri.

Şərh Yaz