Dostların kino təbliği

Yaponiyanın İto və Azərbaycanın İsmayıllı şəhərləri arasında qardaşlaşma müqaviləsi imzalanma mərhələsindədir. Bu müqavilə şübhəsiz ki, qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-biri ilə daha sıx əməkdaşlığına, dostluğuna xidmət edəcəkdir.
Bu fonda İsmayıllıda 21 iyun tarixində Gənclər Mərkəzinin iclas zalında keçirilən tədbir əyani sübutdur. Toplaşmaqda məqsəd yapon incəsənətinin tərkib hissəsi olan kino nümunəsinin İsmayıllı ictimaiyyətinə çatdırılması olub. Kino təqdim edilməmişdən öncə çıxış edən İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov tamaşaçıları salamlayıb, onlara filmin nümayiş olunma məqsədi haqqında ətraflı danışıb.

Yaponiyanın Az
ərbaycandakı Səfirliyinin mədəniyyət şöbəsinin rəhbəri Yusuke Fukuda yapon filmini seyr etmək üçün gələnlərin çoxluğunun qürurverici olduğunu deyib və onları filmin seyrinə dəvət edib.
Filmin mövzusu “Sinxron üzgüçülük üzrə kişi komandası” olan, sıravi on birinci sinif şagirdlərinin gülməli yay tətillərinin təsviridir. Məktəbə yeni işə düzəlmiş gənc və gözəl qız, üzgüçülük üzrə məktəb məşqçisi məktəbdaxili sinxron üzgüçülük komandası yaradıb şəhərdə möhtəşəm şou göstərmək fikrinə düşür. Bu yolda onun 3 çətinliyi var: birincisi, şagirdlərinin hamısı oğlandır; ikincisi, ona kömək etməyə razılaşmış şagirdlər pis üzgüçüdürlər; nəhayət, məşqçi-müəllim özünün hamilə olduğunu bilir. Bu çətin vəziyyətdə gənc o səhnədən getməli olur. Lakin “yalnız” qalmış şagirdləri yoldan dönmürlər və möhtəşəm şounu yaratmağa çalışırlar.
Film çox bəyənilib və alqışlarla qarşılanıb.
Çinarə Bəhərçinli

Şərh Yaz