Təbrik edirik

Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı həmyerlimiz Kamal Maqsudu İttifaqın fərdi üzvlüyünə qəbul edib və “Qızıl qələm” media mükafatına layiq görüb. Bu münasibətlə onu təbrik edir, şeirlərindən ikisini oxuculara təqdim edirik.
Təbrik edirikTəbrik edirik
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı həmyerlimiz Kamal Maqsudu İttifaqın fərdi üzvlüyünə qəbul edib və “Qızıl qələm” media mükafatına layiq görüb. Bu münasibətlə onu təbrik edir, şeirlərindən ikisini oxuculara təqdim edirik. Təbrik edirik

Qeyrət meydanıdır
(Əsgər oğluma)

Gör kimlər yurdumda yolları kəsib?
Gözəl Qarabağa qara yel əsib
Vaqif inciyibdi, Natavan küsüb,
Qeyrət meydanıdır əsgər oğullar.

Geriyə yol yoxdur, siz möhkəm durun,
Namərd düşmənlərin belini burun,
Şuşa qalasında toy-büsat qurun,
Qeyrət meydanıdır, əsgər oğullar.

İsa bulağının axır göz yaşı,
Yadlar tapdağıdır torpağı, daşı,
Nədəndir Kəpəzin əyilib başı?
Qeyrət meydanıdır, əsgər oğullar.

Qırın yağıları qalmasın biri,
Qoruyun torpağı, qoruyun yeri,
Vuruşub zəfərlə qayıdın geri,
Qeyrət meydanıdır, əsgər oğullar.

Şərh Yaz