Gedim

Ömür məhbusuyam, mümkün deyil ki,
Cəza müddətini bitirim gedim.
İşinin başında rəhimsizləri,
Zalımı insafa gətirim gedim.

Gözlərim yorğundu, yoxdu yuxusu,
Yaşanır anbaan həyat qorxusu.
Gül açan kolların iyi, qoxusu,
Bağban qoymayır ki, bitirim gedim.

Qapısı qıfıllı, damı, divarı,
Mənə xatırladır çətini, darı.
Zindan qapısına düşən açarı,
Razı olmayır ki, götürüm, gedim.

Tamam Nur (Tağlabiyanlı)

Şərh Yaz