Yaddas kitabcasi

Gənclər diqqət mərkəzində

İyun ayının 18-də İsmayıllı rayon Gənclər və İdman İdarəsində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib.
Konfransda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, millət vəkili Novruzəli Aslanov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Əli Məmmədov İsmayıllı ictimaiyyətinin nümayəndələri, gənclər iştirak edib.

Gənclər diqqət mərkəzindəGənclər diqqət mərkəzində

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev nazirlik adından hamını salamlayıb, İsmayıllıda keçirilən ilk rəsmi konfransları olduğunu xüsusi ilə vurğulayıb. Azərbaycanın Qafqazda lider dövlət olmasını, Heydər Əliyev siyasətinin nəticəsi olduğunu bildirib. O, eyni zamanda Heydər Əliyev siyasətinin əsas istiqamətinin gənclərin inkişafına yönləndiyini diqqətə çatdırıb.
Millət vəkili Novruzəli Aslanov bugünkü konfransın əhəmiyyəti haqqında danışıb. Eyni zamanda, bir sıra vacib məqamları gənclərin diqqətinə çatdırıb. Çıxışının sonunda hər bir gəncə həyatda düzgün mövqe tutmağı arzulayıb.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli İsmayıllı gənclərinin Azərbaycan və dünya arenasında qazandığı uğurlarını diqqətə çatdırıb.
İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin məsul işçisi Ruziyyə Çələbiyeva, Sumağallı inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini İlkin Salahov, Cüdo üzrə Dünya Qran-Prinin gümüş mükafatçısı Fəridə Qurbanova, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov konfransın mövzusu ilə əlaqəli çıxış ediblər.
Gənclər diqqət mərkəzində
Gənclər diqqət mərkəzində
Sonda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov konfrans iştirakçılarına, gənclərə zəruri tövsiyələr verib. İsmayıllının savadlı, dünyagörüşlü gənclərə ehtiyacı olduğunu bildirib.
İsmayıllı rayonu, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Gənclər və İdman Nazirliyi və Azad Azərbaycan Telekanalı tərəfindən birgə hazırlanmış və konfransa həsr olunmuş geniş konsert proqramı təşkil edilib. Konsertdə Respublikanın tanınmış və sevilən ifaçıları, qrupları izləyiciləri məmnun edib.
Çinarə Bəhərçinli

Şərh Yaz