Gəndovda görüş-qəbul keçirilib

İsmayıllının gözəl təbiəti ilə seçilən kəndlərindən biri də Gəndovdur. RİH-nin başçısı Mirdaməd Sadıqov İsmayıllının hər bir kəndinə xüsusi diqqət göstərir, əhali ilə görüşlər keçirir, onların problemləri ilə maraqlanır.
Budəfəki görüş-qəbul 15 iyun tarixinə təsadüf edib. Görüş-qəbul Gəndov kənd ümumi orta məktəbində keçirilib.
Gəndovda görüş-qəbul keçirilib

İsmayıllının gözəl təbiəti ilə seçilən kəndlərindən biri də Gəndovdur. RİH-nin başçısı Mirdaməd Sadıqov İsmayıllının hər bir kəndinə xüsusi diqqət göstərir, əhali ilə görüşlər keçirir, onların problemləri ilə maraqlanır.
Budəfəki görüş-qəbul 15 iyun tarixinə təsadüf edib. Görüş-qəbul Gəndov kənd ümumi orta məktəbində keçirilib. M.Sadıqov kənd sakinlərini salamlayıb, ilk növbədə Milli Qurtuluş Günü münasibəti ilə kənd sakinlərini təbrik edib. Başçı problemlərdən və onların həlli yollarından danışıb, yeni asfalt yolun çəkilişini dövlətin ərazidə yaşayanlara böyük qayğısı kimi dəyərləndirib. İsmayıllının özündə və ətraf kəndlərdə gedən quruculuq-abadlıq işləri barədə məlumat verib. Başçı həm də nəzərdə tutulan işlər, Dövlət proqramına daxil edilmiş layihələr haqqında bir sıra fikirlərini açıqlayıb.
Başçı bildirib ki, bu kəndə də qaz çəkiləcək, yeni məktəb binası tikiləcək, feldşer-mama məntəqəsi açılacaq, hamının yaxşı yaşaması üçün mümkün şərait yaradılacaq. Belə olarsa, kənddə boya-başa çatan gənclər başqa yerlərə getməyə üstünlük verməzlər. Gəndov, Qaraqaya və Köhnədaxar kəndlərini birləşdirən icra nümayəndəliyi yaradılması bu kəndlərin sakinləri üçün əhəmiyyətli olar. Hər hansı bir sənəd üçün uzaq Təzəkəndə getmək lazım gəlməz. Hamının işləməsi, yeni təsərrüfatçılıq üsullarının tətbiqi üçün şərait yaradılmasına çalışacağıq.
Kənddə təhsil, səhiyyə, digər sosial sahələrdəki çatışmazlıqlar, eyni zamanda kənd sakinlərinin şəxsi problemləri dinlənilib. Müvafiq qurumlara problemlərin həlli üçün lazımi tapşırıqlar verilib.
Çinarə Bəhərçinli

Şərh Yaz