Yaddas kitabcasi

Sağlam həyat tərzinə narkomanlığın ziyanı

İsmayıllı rayon Peşə Tədris Mərkəzinin iclas zalında “Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsi, sağlam həyat tərzi və narkomanlığın ziyanı” mövzusunda tədbir keçirildi.Sağlam həyat tərzinə narkomanlığın ziyanı

Tədbir RİH-nin Hüququ şöbəsinin müdiri V.Hüseynovun, RPŞ-nin yetkinlik yaşına çatmayanlarla PİTQ-nun baş inspektoru Ə.Yarıyevin və Peşə Tədris Mərkəzini müəllim-şagird kollektivinin iştirakı ilə keçirildi.
V.Hüseynov çıxış edərək narkomaniyanın yaranma tarixindən, hal-hazırkı dövrdə törətdiyi fəsadlardan, insan orqanizminə vurduğu ziyandan, dünyada və ölkəmizdə onunla aparılan mübarizə haqqında geniş məlumat verdi.
Ə.Yarıyev öz çıxışında narkoman kimi qeydiyyata alınmış şəxslər arasında 18 yaşadək gənclərimizin olmadığını vurğulayaraq qeyd etdi ki, bu, təhsil ocaqlarında aparılan maarifləndirici tədbirlərin müsbət nəticəsidir.
Mərkəzin direktoru Z.Muradov öz çıxışında gəncləri pis vərdişlərdən çəkindirmək üçün Peşə Tədris Mərkəzinin müəllim kollektivinin gördüyü tədbirlər haqqında məlumat verərək bu cür tədbirlərin tez-tez keçirilməsinin səmərəliliyini vurğuladı.
Mərkəzin baş ustası İlham Cərullayev, psixoloq Yusif Rzayev və istehsalat təlimi ustası Səxavət Rəhimova çıxış edərək narkomaniya xəstəliyinə tutulanların zəif iradəli insanlar olduğunu bildirərək hər bir gənci möhkəm iradəli, asudə vaxtlarını səmərəli keçirməyə çağırdılar. Sonda mövzu ətrafında Tədris Mərkəzinin müəllim və şagird kollektivi ilə maraqlı diskussiya aparılaraq verilən suallara geniş və ətraflı cavablar verildi.
A.Qasımov

Şərh Yaz