Müasir suvarma sisteminin tətbiqi

Bu günlərdə Kürdmaşı kəndində yaradılmış taxılçılıq təsərrüfatında müasir suvarma sisteminin təbliği ilə bağlı tədbir keçirilib. Müasir suvarma sisteminin tətbiqi

Tədbiri giriş sözü ilə RİH başçısının müavini – aqrar məsələlər şöbəsinin müdiri H.Həsənov açıb və görülmüş işlər haqqında məlumat verib. Təsərrüfatda görülmüş işlər, tətbiq olunmuş suvarma qurğusunun səmərəliliyi və gözlənilən nəticələr barəsində aqronom Ramazan Karaşahin ətraflı izahat verib.
Tədbirdə Rayon Suvarma Sistemləri İdarəsinin mütəxəssisləri, Bitki Mühafizəsi Mərkəzinin, Aqrokimya Laboratoriyasının, Toxumçuluq Müfəttişliyinin rəisləri, ətraf kəndlərdən olan fermer və iri taxılçılıq təsərrüfatlarının rəhbərləri iştirak edib. Qurulmuş pilot suvarma sistemi ərazidə avtomat yağışyağdırma üsulu ilə 96 hektar qarğıdalı ərazisini suvarır. Qurğu vastəsi ilə sahələrə xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq, eləcə də yemləmə gübrəsinin verilməsi mümkündür. Layihənin tətbiqi vahid sahədən 2-3 dəfə çox məhsul əldə olunmasına şərait yaradır. Layihənin rayonun bir neçə kəndində tətbiqi daha yaxşı nəticə verəcəyi gözlənilir.
Açıq havada gedən seminar-müşavirənin yekununda Ramazan Karaşahin mütəxəssislərin və fermerlərin çoxsaylı suallarına cavab verib.
P.Məmmədov

Şərh Yaz