Korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbir keçirildi

Təzəkənd kənd İƏD-nin inzibati binasında kənd sakinlərinin, RİH-nin Hüquq Şöbəsinin müdiri Valeh Hüseynov və RPŞ-nin inspektoru Yusif Məlikovun iştirakı ilə korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib.

V.Hüseynov çıxış edərək bildirib ki, korrupsiya-vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
Korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbir keçirildiKorrupsiya haqqında qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Təzəkənd tam orta məktəbinin müəllimi Qalib Ağayev çıxış edərək bildirib ki, korrupsiya ilə mübarizə təkcə səlahiyyətli dövlət orqanlarının deyil hər bir vətəndaşın, vicdanlı şəxsin işi olmalıdır. O, bu cür maarifləndirici tədbirlərin səmərəliliyini vurğulayaraq hər bir kəsi bu yolda daha da fəal olmağa çağırıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz