Tibb işçilərinin peşə bayramı

Tibb işçilərinin peşə bayramı

İsmayıllı rayonunda tibb işçiləri iyun ayının 17-də peşə bayramlarını qeyd ediblər. Bayram tədbiri öncəsi kollektiv Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, heykəli önünə gül dəstələri qoyub. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirak edib və səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib.

Tibb işçilərinin peşə bayramı

İsmayıllı rayonunda tibb işçiləri iyun ayının 17-də peşə bayramlarını qeyd ediblər. Bayram tədbiri öncəsi kollektiv Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, heykəli önünə gül dəstələri qoyub. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirak edib və səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. Başçı xalqımızın sağlamlığının və milli genefondunun qorunması baxımından həyati əhəmiyyət kəsb edən bu sahə ilə bağlı ətraflı danışıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra milli səhiyyəmizin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsi Ümummilli liderin tariximizə olan həssas münasibətinin bir bariz nümunəsidir.
Mirdaməd Sadıqov vurğulayıb ki, ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılması, Azərbaycan Prezidentinin Ehtiyat Fondundan verilən vəsait səhiyyənin ən aktual problemlərinin həlli üçün geniş imkanlar açır. Natiq onu da diqqətə çatdırıb ki, Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır və Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir.
Tibb işçilərinin peşə bayramıTibb işçilərinin peşə bayramı
Tədbirdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov çıxış edib, vətəndaşların səhhətinə göstərilən qayğıdan danışıb. A.Rəhimov bildirib ki, Azərbaycan dövləti həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatçısıdır. O həmçinin açıqlayıb ki, bu il Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra sakinlərin istifadəsinə veriləcək. Lahıc qəsəbəsində yeni xəstəxana binası, Topçu və Tircan kəndlərində isə tibb məntəqələrinin istifadəyə verilməsi nəzərdə tutulur.
Tədbir iştirakçıları sırasından çıxış edənlər göstərilən diqqət və qayğıya görə daha yaxşı işləyəcəklərini, bundan sonra da dövlət siyasətini dəstəkləyəcəklərini vurğulayıblar.
Sonda İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səhiyyə işçilərinin qayğı və problemləri ilə maraqlanıb, səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup işçiyə Fəxri fərmanlar və mükafatlar təqdim edib.
Ş.Soltanov

Şərh Yaz