Mən idmanı seçirəm

Mən idmanı seçirəm
İyun ayının 12-də İsmayıllı Olimpiya İdman Kompleksində “ Üfüq ” Gənclərin İnkişafı Naminə İctimai Birliyi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, Azərbycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Mən idmanı seçirəm!” devizi altında regionlarda “Gənclər arasında sağlam həyat tərzinin geniş təbliğ edilməsi – idman festivalı “ keçirildi. Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəısinin rəisi Elçin Nəcəfli açıq elan etmişdir. 40 nəfər gənc İdmanın müxtəlif növləri üzrə yarışdılar. Layihə rəhbəri Nahid Quliyev və digər köməkçilər İsmayıllı rayonundan olan 40 nəfər gəncə və digər iştirakçılara köynəklər, jurnal, buklet, diplom, kubok və top hədiyyə etdilər.
N.Kərimov

Şərh Yaz