RİH başçısı Qalagahda

RİH başçısı Qalagahda
02 iyun 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalagah kəndində səyyar görüş-qəbul keçirdi. Bu görüş rayon rəhbərinin fevral ayının 14-də fəaliyyətə başladığından bu yana keçirdiyi 80-ci qəbul idi.
Öncə Mirdaməd müəllim həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, Qalagahın mövcud problemlərinin aradan qaldırılması yollarından danışdı. İƏD üzrə nümayəndəyə tənha ahılları müəyyənləşdirmək və onlara köməklik göstərmək tapşırıldı. Kəndə 5 ədəd kompyuter hədiyyə edildi və internet klubun açılması üçün tapşırıq verildi. Kənd ağsaqqallar şurasının sədri Şahmalı Salmanov su qıtlığından və digər problemlərdən danışdı. İngilis dili müəllimi Afət Məmmədova qaz çəkilişini sürətləndirməyi və bununla da meşələrin qorunmasını xahiş etdi.
Rus dili müəllimi Qadir Əhmədov başlanan geniş miqyaslı işlərə və İsmayıllıya göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirdi, kənd əhalisinin cənab Prezidenti dəstəklədiklərini qeyd etdi və tibb xidmətinin yaxşılaşdırılmasını istədi. Şəhid anası Cahan Əmirova evinin qəzalı vəziyyətdə olduğunu bildirdi və kömək göstərilməsini xahiş etdi. Mirdaməd müəllim Cahan Əmirovaya köməklik göstərəcəyini bildirdi.
Görüşdə səsləndirilən məsələlər qeydiyyata götürüldü və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz