İstedadların ümumrayon toplantısı

İstedadların ümumrayon toplantısı

29 may 2013-cü il tarixində İsmayıllı Rayon Uşaq Yaradıcılıq Mərkəzinin akt zalında istedadların ümumrayon toplantısı keçirilib.
İstedadların ümumrayon toplantısı
29 may 2013-cü il tarixində İsmayıllı Rayon Uşaq Yaradıcılıq Mərkəzinin akt zalında istedadların ümumrayon toplantısı keçirilib.

İstedadların ümumrayon toplantısı
Tədbirdə RİH başçısı Mirdaməd Sadıqov, RİH-nın başçısının müavini Sevil Əhmədova, İcra və bələdiyyə nümayəndələri, valideyn komitə sədrləri, Vergilər Nazirliyinin nümayəndəsi, Gənclər və İdman İdarəsinin nümayəndələri, məktəb rəhbərləri və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə Elmira Soltanova açıb. Dövlət himni səsləndirildikdən sonra E.Soltanova tədbirin keçirilmə məqsədi haqqında danışıb, İsmayıllının istedadlı şagirdlərinin sorağının təkcə respublika miqyasında deyil, dünya ölkələrindən gəldiyini bildirib. Qazanılmış uğurların RTŞ-nin rəhbərliyi ilə pedaqoji kollektivlərin elmi şəkildə birgə işinin nəticəsi olduğunu vurğulayıb. İstedadların ümumrayon toplantısı
İstedadları təbrik və təltif etmək üçün söz İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucova verilib. R.Orucov tədbir iştirakçılarını, qonaqları salamlayıb. Növbəti dərs ilində şagirdlərə daha böyük nailiyyətlər arzulayıb.
Diplom və hədiyyələr təqdim edildikdən sonra RİH başçısı Mirdaməd Sadıqov çıxış edib. Məktəblilərə uğurlar arzulayan RİH başçısı İsmayıllının adını ucaltmaları üçün şagirdlərə daim çalışmalarını məsləhət görüb.
İstedadların ümumrayon toplantısı
Tədbir məktəblilərin hazırladığı konsert proqramı ilə başa çatıb.
Çinarə Bəhərçinli,
“İsmayıllı xəbərləri”nin xüsusi müxbiri

Şərh Yaz