Dini icma sədrləri və dini ayinlərin icraçıları ilə görüş

Dini icma sədrləri və dini ayinlərin icraçıları ilə görüşDini icma sədrləri və dini ayinlərin icraçıları ilə görüş
İyun ayının 5-də rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dini icma sədrləri və dini ayinlərin icraçıları ilə Heydər Əliyev Mərkəzində görüşmüşdür. M.Sadıqov çıxışında əsasən Şamaxı Cümə məscidinin açılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin etdiyi nitqdən irəli gələn vəzifələrdən danışmış, tədbir iştirakçılarından ənənəvi mühitin, ictimai durumun yaxşılaşdırılmasında daha fəal iştirak etməyi xahiş etmişdir.

Milli, mənəvi, dini dəyərlərin qorunması və zənginləşdirilməsinin hər kəsin borcu olduğunu, xüsusilə gəncləri bu əsasda tərbiyə etməyin vacibliyini bildirmişdir.
Cümə məscidinin imamı Şahzadə Bilalov, Diyallı dini icmasının sədri Hikmət Əhmədov, Sumağallı kəndindən Hüseyn Xəlilov, Qalacıqdan Bəxtiyar Rəhimov, Gəraybəylidən Əlipənah Nuriyev, dini ayinlərin icraçısı Xalid Məmmədov, Xanagahdan Əhmədpaşa Mirzəyev, səhiyyə veteranı, tarixən, hər şəraitdə dindar olan Hacı Hüseynağa Kamilzadə, Məşədi Əbülfəz və başqaları çıxış etmişlər.
Dindarlar RİH-nin başçısı ilə səmimi və mehriban söhbətdə yerlərdəki problemlərdən, görülən və görüləcək işlərdən danışıb, təkliflər irəli sürmüşlər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz