Fəal İştirak etməyə səy göstərirəm

Fəal İştirak etməyə səy göstərirəm
“İsmayıllı xəbərləri” qəzetinin redaksiyasına

80 illik yubileyimin təntənəli surətdə keçirilməsi barədə qərar vermiş Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqov cənablarına, bu humanist tədbirin misli görünməmiş yüksək şərafətlə, ləyaqətlə keçirilməsində əməyi olan bütün idarə və təşkilat rəhbərlərinə, işçilərinə, müəllimlərə, şagirdlərə, musiqi kollektivlərinə, təbrik sözləri demiş bütün xeyirxah insanlara bir daha qəzetiniz vasitəsi ilə öz səmimi minnətdarlığımı bildirir və onlara uca Allahdan can sağlığı, uzun ömür, həyatlarının bütün sahələrində uğurlar arzulayıram.
Yubileyim münasibəti ilə çoxsaylı məktublarında, telefon danışıqlarında məni hərarətlə təbrik etmiş dostlara, qohumlara da ən xeyirli, ən ülvi, bəşəri arzularımı bildirirəm.
Yubiley ərəfəsində və ondan sonra haqqımda gözəl, təsirli məqalələr dərc etmiş sizin qəzetin və ölkəmizdə çıxan başqa qəzetlərin əməkdaşlarını, müəllifləri, həmçinin mənə şeirlər həsr etmiş dostları da ürəkdən alqışlayıram və ən saf duyğularımı onlarla bölüşürəm. Mən bu gün də, daha böyük ruh yüksəkliyi ilə, ehtirasla, inamla ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi yüksəliş yolunun davamında fəal iştirak etməyə səy göstərirəm.
Dərin hörmətlə: Miryavər Hüseynov

Şərh Yaz