“Gənc xilasedici və yanğın söndürən”lər finalda

“Gənc xilasedici və yanğın söndürən”lər finalda
“Gənc xilasedici və yanğın söndürən” yarışları Respublika ümumtəhsil müəssisələrinin şagirdləri arasında fövqəladə halların hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarətdir. Yarış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Respublikanın Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilir.

Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin, gənclərdə hərbi vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir.
Rayon turunun qalibi İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin komandası 3-5 may 2013-cü il tarixində Qəbələ şəhərində keçirilən zona yarışlarında rayonumuzu təmsil etmişdir.

Zona yarışları final yarışlarından fərqli olaraq 4 mərhələ üzrə keçirildi. Hər mərhələ ayrı-ayrılıqda qiymətləndirildi. İsmayıllı rayon komandası mərhələlərdə “Maneələr zolaği” – IV yer, “Kombinəedilmiş yanğın estafeti” – I yer, “Müsabiqə – II yer, komandaların təqdimatı – I yerləri, ümumilikdə isə zona yarışlarında I yerə layiq görüldü və finala vəsiqə qazandı.
Komandamız Respublika Fövqəladə Hallar Nazirliyinin kuboku və diplomları ilə mükafatlandırıldı.
Komandanın yüksək səviyyədə hazırlanmasında məktəb rəhbərliyinin, Gənclərin çağırışaqədər hərbi rəhbəri Əsgər Manafovun xüsusi əməyi olmuşdur. Final yarışlarında komandaya yeni-yeni uğurlar arzulayırıq.
İ.Vahabov,
RTŞ-nin metodisti

Şərh Yaz