Təbrik

TəbrikTəbrik
Həmyerlimiz Kamil Qafarov mayın 29-dan iyunun 2-dək Rusiyanın Soçi şəhərində poverliftinq üzrə dünya kuboku yarışlarından “əlidolu” qayıdıb. Kamil bu yarışda müxtəlif hərəkətlərdə 3 qızıl və bir gümüş medal qazanmışdır. O həmin medallara uyğun olaraq diplomlarla da mükafatlandırılmışdır.

Rusiya Milli Poverliftinq Assosiasiyasının prezidenti Repnisin İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqova və rayon polis şöbəsinin rəisi polkovnik Nizami Qocayevə bu idman növünə qayğı göstərdiklərinə görə məktub-təşəkkürnamə göndərmişdir.
Kamili əldə etdiyi uğurlar münasibəti ilə təbrik edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz