Düşüncələrə qiymət verilir

Düşüncələrə qiymət verilir
Düşüncələrə qiymət verilir

Çox ağıllı, ləyaqətli, müasir düşüncəli, ixtisasını yaxşı bilən və informasiya texnologiyaları vasitəsilə bacarıqla işləyən gənc iş yoldaşıma məsləhət gördüm ki, rayon icra hakimiyyəti başçısı ilə söhbətdə aydın, səlis, tam eşidiləcək səslə cəsarətlə danışsın. O isə cavabında dedi:
– Valeh müəllim, mən o kabinetdə sonuncu dəfə 2010-cu ildə olmuşam. Çox qısa müddətdə sərbəst, aydın danışmağı öyrənəcəm. Nəhayət ki, bizə də müraciət olunur, bizim fikrimiz soruşulur, düşüncələrimizə qiymət verilir.

Gənc əməkdaşın dediyi bu həqiqəti qəbul edib, gənclərə indiki münasibətdən yaranan razılıq hissləri ilə Heydər Əliyev Mərkəzinə getdim, rayon İcra Hakimiyyətinin başçısı, özü də bir vaxtlar gənclərin lideri olmuş Mirdaməd Sadıqov burada gənclərlə görüşürdü. 110 nəfər görüşdə iştirak edirdi.
Görüş iştirakçılarının tərkibi Mirdaməd müəllimin diqqətini cəlb etdi Gənclər onlara dəyər verən rəhbərlərini məmnuniyyətlə dinləməyə və öz düşündüklərini cəsarətlə deməyə hazır idilər.
İlk söz İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədova verildi. O, xarici ölkə gəncləri ilə dostluq əlaqəsi yaradıb, davam etdirməyi, bələdiyyə seçkilərində gənclərə üstünlük verilməsini vurğuladı.
YAP rayon təşkilatı aparatının rəhbəri Anar Nəbiyev gənc ailələrin mənzilə ehtiyacı olduğunu və bu problemin ipoteka krediti yolu ilə həll oluna biləcəyini bildirdi.
YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Taleh Salehov çıxışında qeyd etdi ki, kimin harada işləməsindən asılı olmayaraq gənclər dövlət ideologiyası əsasında, ideyalar ətrafında, məqsəd və amal uğrunda birləşməyi bacarmalıdırlar. Bu gün banklar və özəl sektorda çalışan gənclər görüşdə iştirak edirlər. Bu iştirakı başlanğıc hesab edir, sonrakı tədbirlərdə birgə olacağımıza əmin oluram.
Şəhər 2 nömrəli tam orta məktəbin fizika müəllimi Şəkər Hacıyeva, mədəniyyət işçisi, gənc yazıçı Firuzə Çiçək, Sumağallı İƏD üzrə nümayəndənin müavini İlkin Salahov, rayon İcra Hakimiyyətinin sektor müdiri Rəvan İsgəndərli, Qurbanəfəndi kənd tam orta məktəbinin müəllimləri Xavər Allahverdiyeva və Rəşid Məmmədov rayon gənclərinin həyatı üçün böyük əhəmiyyət kəsb edən dəyərli təkliflər verdilər.
Vaxtın çox keçməsinə baxmayaraq, onları hörmətlə, səbirlə dinləyən Mirdaməd müəllim təklif etdi ki, rayon gənclərinin konfransını keçirmək üçün təşkilat komitəsi yaradılsın, deyilən bütün təkliflər ümumiləşdirilsin, icrası üçün tədbirlər müəyyənləşdirilsin və konfransda bu barədə məlumat verilsin.
Uğur olsun, gənclər, sizə!
V.Salehov

Şərh Yaz