Vəsiqələr təqdim olunub

23 may 2013-cü il tarixdə İsmayıllı Qaz İstismar Sahəsi ərazi ilk partiya təşkilatında partiya üzvlərinin toplantısı keçirilib.

Vəsiqələr təqdim olunubVəsiqələr təqdim olunub
23 may 2013-cü il tarixdə İsmayıllı Qaz İstismar Sahəsi ərazi ilk partiya təşkilatında partiya üzvlərinin toplantısı keçirilib.
Vəsiqələr təqdim olunub
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova görüşü açaraq qeyd edib ki, hər bir dövlətin vəzifəsi xalqına xidmət etmək, insanların rahat, sabitlik, təhlükəsizlik şəraitində yüksək rifahını təmin etməkdən ibarətdir. Müstəqil Azərbaycan dövləti, ölkənin Konstitusiyası da bu ali amalı həyata keçirib. Azərbaycan dövlətinin bu mübarizələr içərisində keçdiyi gərgin dövlətçilik yolunda son məqsəd xalqımızın gələcəyə inamlı həyatını təmin etmək olub ki, xüsusilə ötən 10 il ərzində bunun şahidi olmuşuq.
Gündən-günə modernləşən, müstəqil Azərbaycanın bütün uğurlarında 600 minlik ordusu olan Yeni Azərbaycan Partiyası qüdrətli, aparıcı, vahid, monolit bir siyasi qüvvə kimi fəal iştirak etməklə yanaşı səfərbəredici rol oynayıb.
Bu gün ictimai, sosial həyatımızın elə sahəsi yoxdur ki, orada inkişaf olmasın. Vətəndaşlar bu inkişafdan bəhrələnir. Şübhəsiz ki, ölkəmizdə əldə olunan uğurların bazasını ictimai sabitlik və vətəndaş həmrəyliyi təşkil edir. Bu sabitlik və həmrəyliyə Heydər Əliyev siyasəti nəticəsində nail olunub. Bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin apardığı ümumvətəndaş siyasəti öz bəhrəsini verir, siyasi mənsubiyyətindən, baxışlarından asılı olmayaraq bütün vətəndaşlar eyni uğurları paylaşır. Bu mənada Azərbaycanda böyük vətəndaş həmrəyliyi var və son illərdə bir sıra ölkələrdə başlayan ictimai-siyasi gərginliyin Azərbaycanda hiss olunmaması həyata keçirilən iqtisadi, sosial siyasətin, siyasi kursun və həmrəylik prinsipinin əyani nəticəsidir .
Vəsiqələr təqdim olunub
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olanlara vəsiqələr təqdim olunub.
İsmayıllı Qaz İstismar Sahəsinin rəisi Eldar Səlimzadə qonaqları müəssisənin təmirdən yeni çıxmış binası ilə tanış edib.
Çinarə Bəhərçinli

Şərh Yaz