Təbrik edirik

Təbrik edirikTəbrik edirik

Üçüncü ildir ki, “Fövqəladə hallar uşaqların gözü ilə” respublika müsabiqəsi keçilir. Müsabiqə uşaq dekorativ, yaradıcı, texniki və intellektual yaradıcılıq müsabiqəsi ümumtəhsil məktəblərinin şagirdləri və Uşaq Yaradıcılıq Mərkəzlərinin dərnək üzvləri arasında keçirilir. Tədbir Fövqəladə Hallar və Təhsil Nazirlikləri tərəfindən keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, uşaq və gənclər arasında fövqəladə hal probleminə ictimaiyyətin diqqətini yönəltməkdir.
Bu məqsədlə Respublika müsabiqəsinə otuza qədər iş təqdim edilmişdir. 7 may 2013-cü il tarixdə Bakı şəhərində müsabiqəyə yekun vurulmuş və İsmayıllı rayon UYM-nin yeddi üzvü müsabiqənin qalibi olmuşlar. Onlara müsabiqənin diplomu və qiymətli hədiyyələri təqdim edilmişdir. Təqdim etmə mərasimində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və İdman naziri Azad Rəhimov və digərləri iştirak etmişlər.
Uğurların qazanılmasında UYM-nin dərnək rəhbəri Günel Həsənovanın, Tərlan Mehdiyevin, Zalikə Zəkəriyyəyevanın xidmətləri xüsusi qeyd olunmalıdır. Qalibləri – I yerləri tutan Nuranə Nurini, Leyla Ağayevanı, Murad Hacalıyevi, II və III yerləri tutan Fərid Gərayev və Ağasif Xalıqlını, həvəsləndirici yerləri tutan Mehrin Novruzzadə və Ülkər Piralızadəni, eləcə də onların müəllimlərini təbrik edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz