Hesabat konserti

Hesabat konsertiHesabat konserti

Mayın 17-də İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin akt zalında Surə müəllimin rəhbərliyi ilə 5-8-ci siniflərin yekun konserti keçirilib. Konsertdə məktəbin direktoru Ş.Rəsulov, direktor müavinləri S.Eyyubova, D.Yəhyayeva məktəbin müəllimləri, digər məktəblərdən dəvət edilmiş qonaqlar, valideynlər, şagirdlər iştirak edib. Konsert şagirdlərin Azərbaycan Respublikasının Dövlət himnini oxumaları ilə başlayıb. Konsertdə uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Məktəbin şagirdləri Gülağa Mehdizadə və Ceyhun Ağayev tarda muğam ifa ediblər. Konsertdə VIII sinif şagirdlərindən təşkil olunmuş vokal musiqi qruplarının ifasında görkəmli bəstəkar T.Quliyev və Ş.Axundovanın mahnıları səsləndirilib. VIII sinif şagirdi Aysel Cəfərovanın ifa etdiyi “Titanik” mahnısı konsertə rəng qatıb.
Sonda konsert iştirakçıları birlikdə səhnəyə çıxaraq bəstəkar H.Abdullayevin Azərbaycan mahnısını ifa edib. İlin yekun konserti məktəbin direktoru Ş.Rəsulovun çıxışı ilə tamamlanıb. Ş.Rəsulov məktəbin musiqi müəllimləri Surə Kərimi və Esmira Ağayevaya, həmçinin şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz