Yaddas kitabcasi

Uşaqlar sağlam böyüməlidirlər

Uşaqlar sağlam böyüməlidirlər
Uşaqlar sağlam böyüməlidirlər

Əməkdar elm xadimi Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Respublikanın Baş pediatrı, professor Nəsib Quliyevin rəhbərliyi ilə Elmi Tədqiqat Pediatriya İnstitutunun həkimləri pulmanoloq Zemfira Mürsəlova, uşaq infeksionisti Nərgiz Babayeva, uşaq kardioloqu Təranə Əzimzadə, həkim-laborant Gülzar Ələkbvərova, uşaq cərrahı Ümid Musayev 17 may 2013-cü il tarixində İsmayıllı rayon Uşaq poliklinikasında uşaqların kütləvi müayinəsini keçirmişlər. Aksiya zamanı 142 nəfər uşaq müayinə olunmuşdur. Onlardan müxtəlif diaqnozlarla 20 nəfər uşaq müayinə və müalicə üçün Elmi Tədqiqat Pediatriya İnstitutuna dəvət olunmuş, qalan uşaqlara müalicə təyin edilmişdir.
Valideynlər uşaqların sağlam böyüməsini təmin edən aksiyanın keçirilməsinə görə ölkə rəhbərinə, Elmi Tədqiqat Pediatriya İnstitutunun nümayəndə heyətinə, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə və Uşaq Poliklinikasının tibbi personalına minnətdarlıqlarını bildirmişlər.
Aqil Qasımov

Şərh Yaz