80 yaşın işığında

Bu gün İsmayıllı rayon Gənclər Mərkəzində tanınmış ziyalı – müəllim, yazıçı-jurnalist Miryavər Hüseynovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

80 yaşın işığında80 yaşın işığında

Bu gün İsmayıllı rayon Gənclər Mərkəzində tanınmış ziyalı – müəllim, yazıçı-jurnalist Miryavər Hüseynovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
80 yaşın işığında

Tədbiri giriş sözü ilə açan aparıcı Məhəbbət İbrahimov yazıçının keçdiyi ömür yolu və yaradıcılığı haqqında geniş məlumat verib. Çıxış edən RİH başçısı Mirdaməd Sadıqov qonaqları, tədbir iştirakçılarını salamlayıb, bu sayaq tədbirlərin mütəmadi keçiriləcəyini bildirib, yubilyara xoş arzularını çatdırıb.
Millət vəkili Novruzəli Aslanov Miryavər müəllim kimi insanlarla fəxr etdiyini, onun keçdiyi ömür yolunun gənclər üçün bir örnək, məktəb olduğunu bildirib.
80 yaşın işığında
Çıxış edənlər sırasında Pünhan İsmayıllı, Cümşüd Hacıyev, Əbülfəz Kazımov və digərləri yubilyarın şəninə xoş sözlər söyləyib.
80 yaşın işığında
İsmayıllının səs sahibləri Kamilə Nəbiyeva, Mustafa Mustafayev, Aşıq Yanvar, Sahibə Abdullayeva, Qalib Güləliyev, Rövşən Teyyibov, Piralı Şıxıyevin ifaları iştirakçılara xoş ovqat bəxş edib.
Basqal qəsəbə tam orta məktəbinin, şəhər 2 və 3 saylı tam orta məktəb şagirdlərinin çıxışları tədbirə rəng qatıb.
80 yaşın işığında

80 yaşın işığına toplaşanlar sırasından yubilyara hədiyyələr təqdim edənlər olub.
Sonda müəllimin oğlu Rəsul Hüseynov və yubilyarın özü, Mirdaməd Sadıqov başda olmaqla, tədbirin təşkili və keçirilməsində zəhməti olanlara minnətdarlıq ediblər.
Çinarə Bəhərçinli

Şərh Yaz