Psixoloqların toplantısı

İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi təşkilatçılığı ilə 23 may tarixində Heydər Əliyev Mərkəzində məktəblərdə işləyən psixoloqlarla görüş keçirilib.

Psixoloqların toplantısıPsixoloqların toplantısı

İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi təşkilatçılığı ilə 23 may tarixində Heydər Əliyev Mərkəzində məktəblərdə işləyən psixoloqlarla görüş keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu Zülfiyyə Sadıqovda, Rayon məktəblərinin psixoloqları, RİH başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə psixoloq-məsləhətçi Samirə Şirinova, Rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlar üzrə inspektoru və digər qonaqlar iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd rayonda psixoloji xidmət işinin aparılması, psixoloqların fəaliyyətinin qurulması, məktəbdə psixoloji xidmətin istiqamətinin müəyyənləşdirilməsi, psixoloji xidmət prosesində işlərin məsləhətli təşkili barəsində olub.
Tədbiri giriş sözü ilə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açıb və tədbirin məqsədi haqqında danışıb.
Daha sonra Z.Sadıqova məktəblərdə müəllim-şagird münasibətlərinin günün tələbləri səviyyəsində qurulması, psixoloji xidmətin göstərilməsi ilə bağlı fikirlər səsləndirib.
Tədbirdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Mərkəzin əməkdaşı Ülkər Məhərrəmova, Rayon Təhsil Şöbəsinin metodisti Şəkurə Quliyeva gündəmdəki məsələ haqqında danışıblar.
Psixoloqların toplantısı
İncəsənət məktəbinin direktor müavini Nazim Aydınov, Uşaq poliklinikasının baş həkimi Vidadi Rəhimov, Təzəkənd kənd tam orta məktəbinin müəllimi Sədaqət Nəbiyev, Məşğulluq Mərkəzinin əməkdaşı Pakizə Ağayeva və digər dəvətlilər mövzu ətrafında fikirlərini səsləndirib. Çıxışlarda bir sıra maraqlı təkliflər səslənib.
Tədbirin sonunda tez-tez bir araya gəlmək fikri irəli sürülüb.
Çinarə Bəhərçinli
Xüsusi müxbir

Şərh Yaz