Onbirincilərlə görüş

Onbirincilərlə görüşAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbirlər ardıcıl olaraq davam edir. Ölkədə həyat fəaliyyətinin bütün istiqamətləri üzrə onun müəyyən etdiyi siyasi kursun xalqın yüksəlməsinə, ölkənin sürətli inkişafına gətirib çıxarması aydın, bəlli nəticələr əsasında şərh edilir, hamıya çatdırılır.
29 aprel 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Gənclər mərkəzi”ndə şəhərin 400 nəfər XI sinif şagirdi ilə də bu məqsədlə görüşmüş, ulu öndər Heydər Əliyev yolunun davamında məktəbli gənclərin daha fəal iştirak imkanlarından, milli-mənəvi dəyərlərə əsaslanaraq ölkənin inkişafında hər bir gəncin daha fəal mövqe tutmalı olduğundan danışmışdır.
Çıxış edən gənc müəllimlər, şagirdlər ümummilli lider Heydər Əliyevin ideallarına həmişə sadiq olacaqlarını, təlim əməyində, həyat fəaliyyətində, biliklərə yiyələnməkdə onun bənzərsiz nümunəsinə əsaslanacaqlarını bildirmişlər.
Görüş iştirakçıları yubiley ərəfəsində rayonda başlanğıcını götürmüş geniş miqyaslı abadlıq, quruculuq işlərinə, həyata keçirilən yeni-yeni sosial-iqtisadi layihələrə böyük qiymət vermiş, sonrakı proseslərdə iştiraklarını və öz dəqiq yerlərini gördüklərini bildirmişlər.
Turanə Nəsirova

Şərh Yaz