Müxtəlif cinsli 9 min ağac

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar rayon ərazisində keçirilən ağacəkmə aksiyası başa çatıb. Rayonun 32 təşkilatının iştirakı ilə 9 minə yaxın müxtəlif ağac cinslərindən tinglər əkilib.
Peşə Tədris Mərkəzinin ərazisində Eldar şamı, ağcaqayın, alma, armud və gilas olmaqla 154 ting əkilib. Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri tərəfindən əkilən ağcaqayın, qovaq və akasiya tinglərinin sayı 950 olub. Aksiyaya qoşulan Çernobıl Əlilləri İttifaqı İsmayıllı rayon təşkilatının üzvləri Şəhidlər xiyabanı ərazisində 50 ədəd Eldar şamı əkiblər.
İsmayıllı-Muğanlı avtomagistralının kənarları boyunca (1-20 kilometrlərdə) 8 minə yaxın akasiya, qovaq, ağcaqayın, Eldar şamı, lapan, qoz və çinar tingləri əkilib.
Təşkilatlar əkdikləri ağacların mühafizəsi və onlara qulluq edilməsini də öhdələrinə götürüblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz