Müsabiqənin yekunu

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar meşələrin qorunması və davamlı istifadəsi sahəsində məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin keçirdiyi “Meşələri qoruyaq” devizi altında gənc meşəçilərin II Respublika müsabiqəsi rayonda uğurla başa çatdı.
Müsabiqə dövründə Ulu öndərin təbiətə qayğıkeş və humanist münasibəti barədə məktəblilər məlumatlandırılır, meşələrin qorunması, bərpa olunması, meşə ehtiyatlarının davamlı istifadəsi sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılmasına, onlarda ətraf mühitə şüurlu və məsuliyyətli münasibətin formalaşmasına diqqət yetirildi.
Müsabiqə dövründə meşə ehtiyatlarının öyrənilməsi sahəsində məktəblilərdə ekoloji tədqiqatlara maraq oyadıldı, yaxınlıqdakı meşə sahəsində bioloji müxtəlifliyə antropogen təsirin qiymətləndirilməsi məqsədilə məktəb ekoloji monitorinq keçirildi. Xüsusilə istedadlı, bilik və vərdişlərə malik şagirdlərin meşəçilik sahəsində ixtisas seçiminə və peşəyönümünə diqqət artırıldı. Gənc Meşəçilərin hazırladıqları layihələr təşkilat komitəsi tərəfindən öyrənilərək müzakirə olundu. Görülmüş işlər qiymətləndirildi.
Tircan kənd tam orta məktəbin gənc meşəçilərinin işi birinci yerə, şəhər 3 nömrəli tam orta məktəbin gənc meşəçilərinin işi ikinci yerə, İvanovka kənd tam orta məktəbinin gənc meşəçilərinin işi üçüncü yerə layiq bilindi .
Müsabiqənin qalibləri RTŞ-nin diplomları ilə təltif olundular.
Pərvin Bəşirova,
rayon ET və TM-nin dərnək rəhbəri

Şərh Yaz