Vətəninə vicdanla xidmət etməli

Vətəninə vicdanla xidmət etməliT.Xəlilov adına Xanagah kənd ümumi orta məktəbində ümummilli liderimiz H.Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd olundu. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı. Yubileyə məktəbin müəllim və şagird kollektivi, kənd icra nümayəndəliyi, kənd camaatı toplaşmışdı. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Əhəd Əzizov iştirakçıları salamlayaraq ulu öndərin həyatı, Azərbaycan üçün gördüyü işlər, xüsusilə təhsilə göstərdiyi qayğı və diqqət, eləcə də bir sıra digər məsələlər haqqında maraqlı məlumatlar verdi. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
H.Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrlərdə gördüyü nəhəng işlər barədə məlumatı iştirakçılara məktəbin biologiya müəllimi Aytel Əzizova çatdırdı.
Bu sətirlərin müəllifi ulu öndərin İsmayıllıya səfərləri, kənd əməkçiləri ilə görüşləri, 1981-ci ildə baş verən zəlzələ zamanı ismayıllıların yanında olması və digər səfərləri barədə maraqlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Bu münasibətlə məktəblilərin hazırladıqları bədii hissə və V sinif şagirdi Kənan Vəliyevin ulu öndərə həsr etdiyi şeiri alqışlarla qarşılandı.
Yubileylə əlaqədar keçirilən silsilə tədbirlər – məktəb kollektivi və kənd əhalisinin iştirakı ilə keçirilən dəyirmi masa, kənd ərazisində aparılan iməciliklər, hər gün ayrı-ayrı müəllimlərin bu mövzuda şagirdlər arasında apardıqları söhbətlər bu qəbildəndir.
Sonda məktəbin direktoru Ə. Əzizov öndərin kursunun davamçısı prezident İ. Əliyevə işində uğurlar arzuladı və bildirdi ki, Azərbaycanın rifahı naminə hər bir gənc Vətəninə vicdanla xidmət etməlidir.
İlhamə Yusifli,
məktəbin tarix müəllimi

Şərh Yaz