Oxucularımızın yaradıcılığı

Komandanım mənim, rəhbərim mənim

Babam Xətai tək minib kəhərə,
Zəfərdən doğulub, gedir zəfərə,
Xalqımı aparır nurlu səhərə
Komandanım mənim, rəhbərim mənim.

Dönməz geri bu tarixin təkəri,
Xarüqədir Bakı-Ceyhan kəməri.
Səni haraylayır Araz, Həkəri,
Komandanım mənim, rəhbərim mənim.

Sabaha ümiddir, arzu, diləkdir,
Xalq ona, o xalqa bu gün gərəkdir.
Sevgi çələnginə çevriləcəkdir
Komandanım mənim, rəhbərim mənim.
Nadir MəmmədliKomandanım mənim, rəhbərim mənim

Babam Xətai tək minib kəhərə,
Zəfərdən doğulub, gedir zəfərə,
Xalqımı aparır nurlu səhərə
Komandanım mənim, rəhbərim mənim.

Dönməz geri bu tarixin təkəri,
Xarüqədir Bakı-Ceyhan kəməri.
Səni haraylayır Araz, Həkəri,
Komandanım mənim, rəhbərim mənim.

Sabaha ümiddir, arzu, diləkdir,
Xalq ona, o xalqa bu gün gərəkdir.
Sevgi çələnginə çevriləcəkdir
Komandanım mənim, rəhbərim mənim.
Nadir Məmmədli

Bilinəndi mənim

Şeir, sənət yolçusuyam,
Sonum bilinəndi mənim.
Haqdan biçilib hər rəngim,
Donum bilinəndi mənim.

Kiminsə yolunda daşım yox,
Pis adətim, vərdişim yox,
Eldən gizli bir işim yox,
Yönüm bilinəndi mənim.

Böyük varım¬¬¬: heysiyyətim,
Etibarım, məhəbbətim.
Aşkardır sevgim, nifrətim,
Kinim bilinəndi mənim.

Ağ bayraq tutub saçımda,
Gedirəm ömrün köçündə.
Balım, pətəyim içimdə,
Canım bilinəndi mənim.

Belimdədir şələm, tayım,
Haqdan gəlir toyum, vayım.
Ziyalıyam, əslim, soyum,
Qanım bilinəndi mənim.
Nazir Ziya (Talıstanlı)

Satqın pişik

Pişiyi evdən
Atdılar çölə.
– Niyə?
Siçanlarla qardaşlıq
Edirdi deyə.

Alabaş arzusu

Baxıb kabab yeyənə
Yalmanırdı Alabaş:
Mənə də azca ondan
Nə ola ataydı, kaş.
Xalıq Yusifoğlu

Təzadlar

Fəsil dörd olsa da, hər gün yenidi.
Açılan yarpaqlar saralır bir gün.
Göstər o kəsi ki, bəxtəvər idi.
Həyat nə toy olar, nə də yas bütün.

Acısı, şirini vardır həyatın.
Qaranlıq gecədən səhər doğulur.
Sirrini kim bilir bu kainatın,
Elə gülənlər var, dərddən boğulur.

Biz hey can atdıq bərabərliyə,
Aca çörək verdik, çılpağa geyim.
Tanrının yolundan çıxırıq niyə?
Bilmirəm ki, susum, yoxsa, nə deyim.
Şərqiyyə Balacanlı
Nizami Girdimançaylı

Bəxtiyaram

Çəkirəm nalə, həm ah, sanma xaram,
Çəkmişəm nazını yar, sanma zaram.
Tərsinə dövr eləyən bəxtə yaram,
Bir belə dərd ilə mən bəxtiyaram.

Gözümü yaşlı görüb, durma həyan.
Dərdimi bilsən əgər, etmə bəyan.
Bu gedən yolla daha getmə, dayan
İxtiyarım özüməm, ixtiyaram.

İşimiz bir də düşər vaxta demə,
Çor sözün yağıya de, bəxtə demə.
Unudub haqqı Tamam, saxta demə,
Fəxr elə, xalqa de ki, iftixaram.
Tamam Nur (Tağlabiyanlı)

Bax

Sevgimizdən könlümüzə
Axıb gələn şərbətə bax.
Bizi qaldırır göylərə
Məhəbbətdə qüdrətə bax.

Göz göynər gözün yaşından,
Ev qopar özül daşından.
Ayrılığın göz yaşından
Qəlbə axan həsrətə bax.

Gözəl dünya düşər gözdən,
Ocaq sönər, düşər közdən.
Korluq çəkəndə qəlb sözdən
Adiləşən söhbətə bax.

Uzaq yol yorar yolçunu,
Pərt eyləyər ov ovçunu.
Zəhmət yandırar ovcunu,
Qabar adlı qiymətə bax.

Əbədisə gün də, ay da,
Min sehir var bu harayda.
Dünya adlı bu sarayda
Ölüm adlı nemətə bax.
Gülxar Cəbiqızı

Bənövşəni

Elə bil ulduzlar göydən enərdi,
Şəbnəm süsləyəndə tər bənövşəni.
Aləm nurlanardı, ətirlənərdi,
Yaxama düzəndə, yar, bənövşəni.

Doldu bulud-bulud hayqırdı səma,
Əsdi bəd ruzigar buz dama-dama.
Bir bahar axşamı yetməmiş kama,
Vurdu vaxtsız yağan qar bənövşəni.

Töküldü ləçəyi, qaraldı üzü,
Qaranlıq gecəyə döndü gündüzü.
Nisgilin, həsrətin yağdırar gözü,
Dindirmə dünyası dar bənövşəni.
Xatın

Mənim dilim

Anaların laylasından hopub gələn,
Dədə Qorqud qopuzundan qopub gələn,
Ünvanını Xətaidə tapıb gələn,
Əsrlərin haqq səsidir mənim dilim.

Zaman-zaman basqılara məruz qalan,
Yaşamağa haqq qazanan, zəfər çalan,
Haqq səsini ucaltmağa haqqı olan,
Koroğlunun nərəsidir mənim dilim.

İndi daha sən azadsan, bayrağım tək,
Amalım nur, günəş adlı çırağım tək.
Cənnət yoxdur yer üzündə torpağım tək,
Azadlığın təşnəsidir mənim dilim.
Məhəbbət Osmanova

Şərh Yaz