Riyaziyyatçıların yubiley gecəsi

Riyaziyyatçıların yubiley gecəsiÖlkəmiz müxtəlif məzmunlu, zəngin formalı tədbirlərlə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd edir. Şəhər 1 nömrəli tam orta məktəbinin müəllim və şagird heyəti də bu sırada layiqli yer tutmağa çalışır. Məktəbdə Heydər Əliyev dərsləri, inşa yazı, rəsm, və mahnı müsabiqələri, elmi konfranslar keçirilir.
Bu günlərdə məktəbimizin riyaziyyatçıları müəllim Gülsurə Şəfaqətovanın təşkilatçılığı ilə ulu öndərin 90 illik yubileyinə həsr olunmuş riyaziyyat gecəsi keçiriblər. Şəfəq Bayramovanın aparıcı olduğu bu tədbirdə müəllimlər, şagirdlər və qonaqlar da iştirak ediblər.
Tədbirdə Dövlət himni səsləndirilib. İştirakçılar Heydər Əliyevin fəaliyyətindən bəhs edən video filmə baxıblar.
Gecədə məzmunlu nəzəri çıxışlar olunub, əyləncəli səhnəciklər göstərilib, viktorinalar keçirilib, şeirlər deyilib. Şagirdlərin hazırladığı həndəsi “qurultay”, triqonometrik mübahisələr maraqla qarşılanıb.
Aynur Salehova,
İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi

Şərh Yaz