Yubiley ilə bağlı keçirilən tədbirlər

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 18 aprel 2013-cü il tarixində YAP İsmayıllı rayon təşkilatı Talıstan kənd ərazi ilk təşkilatında, 19 aprel 2013-cü il tarixində Sulut kənd ərazi ilk təşkilatında, 22 aprel 2013-cü il tarixində İstisu kənd ərazi ilk təşkilatında, 23 aprel 2013-cü il tarixində Mollaisaqlı kənd ərazi ilk təşkilatında, 24 aprel 2013-cü il tarixində Hacıhətəmli kənd ərazi ilk təşkilatında, 26 aprel 2013-cü il tarixində İvanovka, Qalınçaq, Kəlbənd Qubaxəlilli, Qalacıq, Diyallı, Tircan, Tağlabiyan, Əhən, Xankəndi, Xanagah kənd ərazi ilk təşkilatlarında, 27 aprel 2013-cü il tarixində Quşencə, Zərnava kənd ərazi ilk təşkilatlarında silsilə yubiley tədbirləri keçirilmişdir. Tədbirdə iştirak edən ilk təşkilat sədrləri, fəal YAP üzvləri, kənd ağsaqqalları ulu öndər Heydər Əliyev şəxsiyyəti, onun Azərbaycan dövlətinin müstəqilliyi və inkişafı naminə gördüyü işlərdən danışdılar. Onlar qeyd etdilər ki müasir dövrdə Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, mövcud iqtisadi yüksəliş, ölkəmizin dünyanın siyasi arenasında söz sahibinə çevrilməsi bilavasitə ulu öndərin adı ilə bağlıdır. Çox çətin bir vəziyyətdə, ölkədə daxili ziddiyyətlərin baş alıb getdiyi bir vaxtda hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, cəbhə xəttində atəşkəs əldə olundu. Qısa bir zaman kəsiyində iflic vəziyyətində olan iqtisadiyyat yüksəlişə doğru inkişaf etməyə başladı, böyük neft kontraktları imzalandı. Çoxsaylı daxili və xarici qüvvələrin təzyiqlərinə baxmayaraq 1994-cü ildə Əsrin müqaviləsi, Neft müqaviləsinin imzalanması ilə, Azərbaycan Avropanın önəmli neft ixracatçılarından birinə çevrildi.
Çıxış edən digər kənd ziyalıları ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarının, siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin də Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən, apardığı məqsədyönlü daxili və xarici siyasətdən danışdılar. Onlar qeyd etdilər ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadiyyatımız dinamik sürətlə inkişaf edir və bu gün Azərbaycan Avropanın önəmli tərəfdaşına çevrilib. Xalq ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin bu siyasətini bəyənir və bu ilin oktyabr ayında Azərbaycan Respublikasına keçiriləcək prezident seçkilərində məhz Onu, onun apardığı siyasəti dəstəkləyəcəkdir.
Ramid Qasımov,
YAP İsmayıllı Rayon Təşkilatının Mətbuat rəhbəri

Şərh Yaz