Yaddas kitabcasi

Anket sorğusu keçirilib

İsmayıllı şəhər məktəblərinin yuxarı sinif şagirdləri arasında anket sorğusu keçirilib. Respondentlər hansı məktəbdə, necə oxumaları, məktəbdə tədrisin səviyyəsi, hansı ixtisası seçmələri, rayonda hansı ixtisas üzrə ali məktəb və ya kollec açılmasını istəmələri, evdə kompyuterinin olub-olmaması suallarını cavablandırıblar.
Şagirdlər verilən suallara görə sinif yoldaşları olan qızlardan nişanlanıb və ya ailə qurub təhsilini yarımçıq qoyanlar, erkən nikaha münasibətləri barədə məlumatları açıqlayıblar.
Rayonun bugünkü vəziyyətinin qənaətbəxşliyi, görüləcək işlərlə bağlı təkliflər, gəncləri düşündürən və narahat edən məsələlər də anket suallarının sırasına daxil edilib
Sorğunun keçirilməsində məqsəd gənclərin bilik səviyyəsini, ictimai mövqelərini və rayonun sosial-iqtisadi məsələlərinə münasibətlərini öyrənməkdən ibarət olub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz