Çernobıl əlilləri ilə söhbət

Çernobıl əlilləri ilə söhbətÇernobıl faciəsinin ağrı-acılarını hələ də canında gəzdirən, qəzanın daha geniş yayılmasının qarşısını alarkən əlil olmuş 34 nəfər İsmayıllı rayon sakini ilə İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov aprel ayının 26-da, faciənin növbəti ildönümündə görüşmüşdür.
Çernobıl əlilləri əvvəlcə Şəhidlər xiyabanını ziyarət etmiş, həmin ərazidə 50 ədəd şam ağacı əkmiş, sonra Rayon İcra Hakimiyyətinin konfrans zalına gəlmişlər. Başçısı M.Sadıqov aid idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çernobıl faciəsi zamanı əlil olmuş insanlarla çox səmimi söhbət aparmış, dərmana olan ehtiyatlarının ödəniləcəyini bildirmişdir.
Görüşün hər bir iştirakçısı diqqətlə dinlənilmiş, dövlət qayğısını müntəzəm olaraq hər bir ünvan sahibinə çatdırılacağı bir daha diqqətə çatdırılmışdır.
Qaldırılan hər bir məsələnin həlli ilə əlaqədar konkret tapşırıqlar verilmişdir.
Çernobıl Əlilləri İttifaqı İsmayıllı rayon şöbəsinin sədri Məleykə Lətifova cəmiyyətin üzvlərinə göstərilən daimi qayğıya görə ölkə Prezidentinə, səmimi qəbula görə RİH başçısına minnətdarlıq etmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz