Heydər Əliyev və məşğulluq məsələləri

Heydər Əliyev və məşğulluq məsələləriAzərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, mədəniyyətin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi? Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Ulu öndərin 90 illik yubileyi rayonun bütün idarə, müəssisə və təşkilatlarında geniş şəkildə qeyd olunur. Rəngarəng tədbirlər, dəyirmi masalar, məzmunlu seminar və konfranslar, müsabiqə və yarışlar, konsert proqramları dahi öndərin zəngin həyat bioqrafiyasının, ictimai-siyasi fəaliyyətinin müxtəlif sahələrini əks etdirir, ulu öndərə olan məhəbbətin nümayişinə çevrilir.
Aprelin 26-da İsmayıllı Peşə Tədris Mərkəzinin iclas zalında daha belə bir tədbir keçirildi. Ulu öndərin gənclərin şurlu yaradıcı əməyə hazırlanması, onların şəxsiyyətinin formalaşması, əhalinin məşğulluğunun təmin olunmasına həsr olunmuş, Dövlət Məşğulluq Xidmətinin və Rayon Məşğulluq Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən tədbirin 220 nəfərə yaxın iştirakçısı vardı. “Gənc nəslin formalaşmasında və Respublikamızın sosial-iqtisadi inkişafında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda keçirilən tədbirdə Respublika Dövlət Məşğulluq Xidmətinin rəis müavini Nazim Əliyev, aparıcı məsləhətçisi Rüstəm Səlimov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, idarə və müəssisə rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən işəgötürənlər, işaxtaranlar, orta ümumtəhsil məktəbinin pedaqoji kollektivləri, yuxarı sinif şagirdləri, Peşə Tədris Mərkəzinin müəllim və şagird heyəti, valideynlər iştirak edirdilər.
Ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş yığıncağı giriş sözü ilə Dövlət Məşğulluq Xidmətinin rəis müavini Nazim Əliyev açdı. O, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixindəki yeri, Azərbaycançılıq məfkurəsi sahəsində parlaq xidmətləri, müstəqil Azərbaycanın qurulması, inkişafı sahəsində gördüyü böyük işlər barədə məlumat verdi.
Dövlət Məşğulluq Xidmətinin aparıcı məsləhətçisi Rüstəm Səlimov ümummilli lider Heydər Əliyevin ölkənin sosial-iqtisadi inkişafı sahəsində gördüyü işlər, imzaladığı Dövlət proqramlarında, fərman və sərəncamlarında ölkədə yoxsulluğun aradan qaldırılması, əhalinin, xüsusilə onun aztəminatlı təbəqələrinin, gənclərin, qadınların, əlillərin, qaçqın və məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirdiyi tədbirlər barədə məruzə etdi.
Dövlət məşğulluq siyasətinin həyata keçirilməsində işəgötürənlərin və işaxtaranların hüquq və vəzifələrini izah etdi.
Heydər Əliyev və məşğulluq məsələləriKeçirilən tədbirdə işəgötürənlər, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mövcud əmək bazarının tələblərinə uyğun olaraq məşğulluğun təmin edilməsi kvotaya daxil olan işə götürülənlərin hüquqları sahəsində Məşğulluq Xidməti orqanlarının üzərinə düşən vəzifələr barədə verilən suallara aydınlıq gətirildi.
Tədbirdə Rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədov, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov çıxış etdilər.
Tədbiri RİH başçısının birinci müavini Rövşən Ağayev yekunlaşdırdı. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirin keçirilməsi üçün İsmayıllını ünvan seçdiklərinə görə Dövlət Məşğulluq Xidmətinin rəhbərliyinə öz minnətdarlığını bildirdi. Rayonda əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı son aylarda görülən işlər və gələcəkdə həyata keçiriləcək tədbirlər barədə məlumat verdi.
Tədbir Ulu öndərin ruhuna böyük ehtiram hisləri ilə yekunlaşdı.
Murad Məhərrəmov,
RİH-nin baş məsləhətçisi

Şərh Yaz